Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər- Foto, Yenilənib

Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb...

Türkiyə Respublikasının Qars şəhərində keçirilən “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimi başa çatıb. Türkiyə Cumhuriyyətinin yaranmasının və Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
"Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib.

Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib. Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.

Təlimin ssenarisinə əsasən, xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər.
Tankların, piyada döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər.

Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər.

Böyük Öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin portretinin, eləcə də hər iki qardaş ölkənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlimə yekun vurulub. Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkdirilib.

Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar.

***

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Türkiyə Cümhuriyyətinin yaranmasının və Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təlimdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.

Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimini izləmək üçün Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Qars şəhərində səfərdə olub. Səfər çərçivəsində böyük öndər Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin Qars şəhərində ucalan abidələri ziyarət edilib.

Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində əvvəlcə ərazidə qoşunların yerləşməsi, eləcə də mərhələlər üzrə icra olunacaq fəaliyyətlər və hərbi təyinatlı müasir silah və döyüş texnikaları haqqında məlumat verilib. Planla tanışlıqdan sonra təlimin döyüş atışlı mərhələsinə start verilib.

Təlimin ssenarisinə əsasən xüsusi təyinatlı bölmələr şərti düşmənin terror qruplaşmasının yerləşdiyi mağaraya basqın fəaliyyətini yerinə yetiriblər.

Tankların, piyadaların döyüş maşınlarının, artilleriya və tankəleyhinə bölmələrin heyətləri helikopterlərin dəstəyi ilə şərti düşmən mövqelərini tam dəqiqliklə məhv ediblər.

Təlimə cəlb edilmiş snayperlər müxtəlif məsafədən praktiki atışları yerinə yetiriblər.

Böyük Öndər Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin portretinin, eləcə də hər iki qardaş ölkənin dövlət bayraqlarının açıldığı paraşüt atlayışı ilə təlimə yekun vurulub. Təlimdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkdirilib.

Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdirən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Araz çayı üzərindəki “Ümid” körpüsündən keçərək xidmət yerlərinə qayıdıblar.

Fotolar

Poliqon.info


Etiket: hərbi təlim


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Rusiya sülhməramlıları Xudavəng monastırının ərazisini tərk edib

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ən çox oxunanalar