Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvardakı qətl hadisəsinin təfərrüatı məlum olub - Yenilənib

Faktla bağlı araşdırma aparılır...

Biləsuvar rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Çinarlı kəndində, əkin sahələrinə gedən yolun kənarında qeydə alınan hadisə torpaq mübahisəsi üstündə baş verib.

Belə ki, kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu özü ilə hadisə yerinə gətirdiyi tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb.

Nəticədə Ə.Abdullayev başın alın-təpə nahiyyəsinin kəllə boşluğuna keçən baş-beyin toxumasını və qişalarını zədələyən odlu (qırma yaralanması), həmçinin döş qəfəsinin və qarının sağ yarısının ön divarını və sol saidin odlu (qırma yaralanması) xəsarətlərini alaraq ölüb.

Daha sonra C.Həmidov "102" Çağrı mərkəzinə zəng edərək Ə.Abdullayev adlı şəxsi tüfəngdən atəş açaraq öldürməsi barədə məlumat verib.

İlkin məlumata görə, C.Həmidov Ə.Abdullayevi torpaq sahəsinə görə qətlə yetirib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə Həmidov Cavid İdris oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.

***

Mayın 24-də saat 10 radələrində Biləsuvar rayonu Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-cü il təvəllüdlü Cavid İdrıs oğlu Həmidov saxlanılıb. Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdurlar, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Ə.Abdullayev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket: güllə qohum ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar