Bazar ertəsi, 04 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AKP-nin “Hizbullah”-ın Türkiyə qanadı HÜDA Par-la ittifaqı... - Bu ittifaqın pərdəarxasında nələr var?..

HÜDA Par-ın AKP ilə ittifaqı hansı səbəblərdən ortaya çıxıb?..

Politoloq: “AKP-nin HÜDA partiyası ilə ittifaqa getməsi və seçkilərə qatılması əslində onun səs itirməsinə gətirib çıxardı”.

“HÜDA Par HDP-dən daha problemi partiyadır. Məsələ ondan ibarətdir ki, HÜDA Par-ın keçmişdə törətdiyi terror fəaliyyətləri, ən azından PKK qədər ciddi və kifayət qədər diqqət çəkəndir”.

Bu sözləri politoloq Turan Rzayev AKP ilə HÜDA ittifaqını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyədə yeni seçilmiş deputatların and içmə mərasimi ikinci turdan sonraya saxlanılıb. Müxalifət bunu AKP-nin siyahısından 4 millət vəkili çıxaran HÜDA Par-ın (Hür Dava Partiyası) and mətnini dəyişdirmək istəməsi ilə əlaqələndirir. Digər tərəfdən bilirik ki, HÜDA Par Türkiyənin şəriət qanunları ilə idarə olunmasını, Atatürk dəyərlərindən imtina olunmasını, Türkiyənin federallaşdırılmasını, millət anlayışının qaldırılmasını, Konstitutsiyadan türk dilinin dövlət dili statusunun ləğv olunmasını istəyir.

Belə bir radikal islamçı partiya ilə AKP-i ilə ittifaqı hansı səbələrdən doğur və bu məsələdə MHPnin susqunluğunun səbəbi nədir?

Poliqon-un əməkdaşı AKP ilə HÜDA Par ittifaqının səbəblərini politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “HÜDA Par ağıllı davransa da, AKP onlarla birlikdə seçkilərə getməklə ağılsız davranır”.

MHP hazırkı gücü ilə Ərdoğanın gücünün müqayisə edilə bilməzliyini başa düşdüyünü qeyd edən politoloq Poliqon-a açıqlamasında bildirib ki, bütün hallarda MHP bu prosesdən narahatdır:

“Əvvəla qeyd edim ki, AKP-nin HÜDA partiyası ilə ittifaqa getməsi və seçkilərə qatılması əslində onun səs itirməsinə gətirib çıxardı. Düşünürəm ki, HÜDA Par HDP-dən daha problemi partiyadır. Məsələ ondan ibarətdir ki, HÜDA Par-ın keçmişdə törətdiyi terror fəaliyyətləri, ən azından PKK qədər ciddi və kifayət qədər diqqət çəkəndir. Hətta, Diyarbəkrin sevilən prokurorunu belə onlar öldürdülər.

AKP seçkilərə onlarla birlikdə qatılmaqla nüfuzunu bir qədər aşağı saldı. Çünki bir daha xatırladım ki, HÜDA Par uzun illər terrorla məşğul olublar və Hizbullahın Türkiyə qanadı hesab olunurlar. Sadəcə HÜDA Par 90-cı illərin terror hadisələrindən istədiklərini əldə edə bilmədilər. Onlar düşündülər ki, siyasiləşməyə getsinlər. Yəni, HÜDA Par Türkiyə siyasətinə daxil olub, istədiklərini yumşaq güc siyasəti ilə həyata keçirmək istəyirlər. Bu istiqamətdə də daha ağıllı davranırlar. İndiki məqamda parlamentdə HÜDA Para 1-2 kreslo da kifayət edir. Buna görə də HÜDA Par ağıllı davransa da, AKP onlarla birlikdə seçkilərə getməklə ağılsız davranır.

MHP indi CHP-dən fəqli olaraq ideoloji daha yaxın hesab etdiyi AKP ilə mövqeyini qorumağa çalışır. MHP başa düşür ki, hazırkı gücü ilə Ərdoğanın gücü müqayisə edilə bilməz. Buna görə də hakimiyyətdə özünə sadiq insanların yanında olmasına çalışır. MHP-nin susqunluğu sadəcə bununla bağlıdır. Əslində, MHP özü də bu prosesdən narahatdır. Yəni, necə ki, MHP-nin Kamal Kılıçdaroğlu ilə danışıqlar getməsi problem idisə, AKP-nin HÜDA Par ilə seçkilərə getməsi eyni qayda da problemdir. Bu məsələyə Akşener necə səs çıxarmırsa, eyni qaydada MPH də Dövlət Baxçalı ilə burada nə isə demir. Onlar proseslərin bitməsini gözləyirlər.

Turan Rzayev: “Ərdoğan HÜDA-ya yer verməyəcək, ya da vəd edildiyindən daha az yer veriləcək”.

Onu da qeyd edim ki, indiki məqamda Ərdoğanın HÜDA Par-nı istifadə etdiyini düşünürəm. Seçki turunun ikinci tura saxlanılması da bunula bağlıdır. Ola bilər ki, HÜDA Para heç yer verilməsin. Yaxud da, onlara vəd edilən yerdən çox az yer verilsin. Çünki indiki məqamda əsas məsələ Ərdoğanın prezident seçilməsidir. Ərdoğan prezident seçilsə, güc onun əlində olacaq və o gücündən istədiyi kimi istifadə edəcək.

Söhbət burada HÜDA Par-ın parlamentə buraxılmaması, onlara verilən vədlərin yerinə yetirilməməsi və s. məsələlərdən gedir. Mümkündür ki, burada Ərdoğan siyasi gediş edir. Bu siyasi gedişdən doğan məntiqi nəticə də, odur ki, Ərdoğan HÜDA-ya yer verməyəcək, ya da vəd edildiyindən daha az yer veriləcək. Çünki Ərdoğanın HÜDA-ya bu qədər güc verməsi HÜDA-nın gələcəkdə daha da güclənməsinə gətirib çıxara bilər.

Digər tərəfdən isə HÜDA bu gün AKP-yə diqtə edə biləcək bir gücdə sahib deyil. Ərdoğanın məqsədi heç də federallaşmaq, yaxud da dövlətin gücünü parçalamaq deyil. Ərdoğanın məqsədi mərkəzləşmiş dövlət anlayışıdır. Çünki sağçı siyasi ideologiyanın əsas konsepsiyası bundan ibarətdir.

Ərdoğanın siyasətinə baxanda da bu açıq şəkildə görülür. Yəni, Ərdoğan siyasətində türkçülük, islamçılıq anlayışları ön plandadır. Onun türkçülük və islamçılıq mülkü anlayışı MHP ilə üst-üstə düşür. Amma HÜDA ilə üst-üstə düşmür. Çünki HÜDA ümmətçilik anlayışını qəbul edib. Bu ümmətçilik anlayışı da Türkiyədə çox ciddi fəsadlar törədə biləcək bir məsələdir. Yəni, HÜDA-nın təklif etdiyi o “tələblər” AKP-nin siyasi konsepsiyasına ziddir. İnanmıram ki, bunu AKP qəbul etsin və etməyəcəyini də düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən çox maaş alan şəxslər - Siyahı

Himalay Məmişov İseveçrədə infarkt keçirib? - Rəsmi açıqlama

Mart ayında iki bürcün həyatı kökündən dəyişəcək

“Söhbət ölümdən düşdü, dedi ki, ona baxarsan” - Oğlu Hacı Şahinlə son görüşündən danışdı

İtkin düşən 11 yaşlı Rasimin axtarışı dayandırıldı

Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik    

Saatlıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - Anbaan video

Rafael Ağayevin gündəm olan rəqs görüntüləri - Video

Nəriman Axundzadə “Qarabağ”dan gedə bilər - Video

Bakıda qiyməti “ceyran belində” olan soğan rayonlarda anbarlarda məhv olur... - Video

Rusiya XİN Zelenskinin sülh planları ilə bağlı açıqlamalarına münasibət bildirib

Ən çox oxunanalar