Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qobustanda qəzada xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - Yenilənib

Qobustanda baş verən yol qəzasında xəsarət alan və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızının vəziyyəti açıqlanıb...

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi travmatoloq-ortoped Murad Bağırlı bildirib ki, xəstənin vəziyyəti hazırda ağır-stabil olaraq qiymətləndirilir:

"Mayın 22-si günorta saatlarında klinikamıza təcilli tibbi yardım avtomobili vasitəsilə 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı daxil olub. Xəstə avtotravma nəticəsində xəsarət alıb. Daxil olarkən xəstənin vəziyyəti ağır qiymətləndirilib. Müayinələrdən sonra xəstəyə qapalı kəllə-beyin travması, sol saidin aşağı üçdə birinin açıq sınığı, sol saidin iç səthinin irihəcmli yarası diaqnozu qoyulub.

Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə daha sonra reanimasiyaya yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir. Bütün reanimasiyon tədbirlər görülür".

***

Qobustanda baş verən yol qəzasında xəsarət alan 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, yaralı sol mil-bilək nahiyəsinin qapalı yerdəyişmiş sınığı diaqnozu ilə şöbəyə daxil olub, lazımı ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir, huşu aydındır. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.

Qeyd edək ki, səhər saatlarında Qobustanda Cəngi adlanan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər - 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Dünyasını dəyişən iki nəfərin - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş. Qəzada ölən 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova Əmrah Nuriyevin bacısı, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədovun həyat yoldaşı olub, azyaşlı isə onların övladıdır. Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva Əmrah Nuriyevin və Şəbnəm Səmədovanın anasıdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Ən çox oxunanalar