Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olub

Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib...

Mayın 22-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Litva Respublikasının birinci xanımı Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

Birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir. Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib. Kitabxana 1993-cü ildən ölkənin mədəni irs reyestrinə daxil edilib. Bu, həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır.

Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır.

Qeyd olunub ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları, həmçinin şəxsi kolleksiyalar və sair mövcuddur.

Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olunub.

Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar