Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyarım əvvəlki Ukrayna və Rusiya hazırda bir-birlərindən nəylə fərqlənirlər? - Şərh

G7, Ərəb Ölkələri Liqası kimi mühüm zirvələrə qatılan Ukrayna qlobal geosiyasətin mərkəzinə çevrilib...

Siyasi-şərhçi: “Əlbəttə, G7 sammitinə Ukrayna liderinin qatılması o qədər də surpriz olmadı”.

Rusiyanın Çinin satellitinə çevrilməsini deyə bilməzdim, amma hal-hazırda bərabərhüquqlu tərəfdaşlıqdan daha çox Rusiya Çinin dominant olduğu tərəfdaşlıq istiqamətinə sürüklənir”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Ukrayna və Rusiyanın hazırkı vəziyyətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Putin il yarım əvvəl Ukraynanı işğal edərək onu təkrar Rusiyanın satellitinə çevirməyi planlaşdırırdı. Amma G7, Ərəb Ölkələri Liqası kimi mühüm zirvələrə qatılan Ukrayna qlobal geosiyasətin mərkəzinə çevrilib və NATO-ya inteqrasiyası faktiki başlayıb.
İlyarım əvvəlki Ukrayna və Rusiya hazırda bir-birlərindən nəylə fərqlənirlər və müharibənin sonunda Rusiyanın Çinin satellitinə çevrilmə ehtimalı varmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Hətta, Rusiya ilə xoş münasibətlər saxlamağa çalışan ölkələr, dolayı yolla ona dəstək görsədən ölkələr də Kiyevlə hesablaşır”.

İran və Ukrayna diplomatlarının üçüncü ölkə ərazisində bir neçə görüşlər keçirdiklərini xatırladan ekspert bildirib ki, İranın Ukrayna ilə təmasları qoruyub saxlamaq niyyətləri var:

“Əlbəttə, G7 sammitinə Ukrayna liderinin qatılması o qədər də surpriz olmadı. Amma Ərəb Ölkələri Liqası kimi təşkilatın zirvə görüşünə qatılması kifayət qədər təəccüblüdür. Böyük ehtimalla, həm Bəşər Əsədi, həm də Zelenski zirvə görüşünə dəvət etmək oradakı ölkələrin maraq balansını qorumaq şərti ilə həyata keçirilib.

Lakin əgər biz il yarım ərzində olan müqayisəni götürsək tam əminliklə demək olar ki, Ukraynanın beynəlxalq nüfuzu yüksəlib. Eyni zamanda Ukraynanın bir çox beynəlxalq proseslərə təsir etmək gücü Rusiyadan daha çoxdur. Belə olan halda Ukrayna ilə hamı hesablaşır. Hətta, Rusiya ilə xoş münasibətlər saxlamağa çalışan ölkələr, dolayı yolla ona dəstək görsədən ölkələr də Kiyevlə hesablaşır. Mən burada Çini və İranı nəzərdə tuturam.

Nəzərə almaq lazımdır ki, İran və Ukrayna diplomatları üçüncü ölkə ərazisində bir neçə görüş keçiriblər. Demək bu, İran üçün vacibdir ki, İranın Ukrayna ilə təmasları qoruyub saxlamaq niyyətləri var.

Fərhad Məmmədov: “Rusiya Ukraynada həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində həm beynəlxalq nüfuzda, həm də öz tərəfdaş ölkələri ilə münasibətlərdə daha çox güzəştə getməyə məcbur olur”.

Rusiya ilə Çin münasibətlərində isə ağırlı Çin tərəfindədir. Böyük ehtimalla, Çin də bu istiqamətdə Rusiyanın resurslarından istifadə edəcək. Necə ki, istifadə edirdi, bundan sonra daha geniş formada istifadə edəcək. Rusiya Ukraynada həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində həm beynəlxalq nüfuzda, həm də öz tərəfdaş ölkələri ilə münasibətlərdə daha çox güzəştə getməyə məcbur olur. Bu proses də davam edir. Bu prosesin hələ ki, hər hansısa sonunu görmürük.

Rusiyanın Çinin satellitinə çevrilməsini deyə bilməzdim, amma hal-hazırda bərabərhüquqlu tərəfdaşlıqdan daha çox Rusiya Çinin dominant olduğu tərəfdaşlıq istiqamətinə sürüklənir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar