Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş olub

Patriarx Kiril bundan sonra da Azərbaycan və Ermənistan dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb...

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazanda Moskva və Bütün Rusiyanın Patriarxı Kiril ilə görüşüb.

Bu barədə Poliqona Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Patriarx Kiril Allahşükür Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğulayıb: "Mən aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən şeyxülislama ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm".

QMİ sədri, öz növbəsində, Patriarx Kirilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqdan və onunla yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirib.

A.Paşazadə Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirib və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə edib.

Patriarx Kiril bundan sonra da AzərbaycanErmənistan dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğulayıb: "Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın".

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay