Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN rəhbəri Ermənistanla danışıqlar prosesində dinamikanı çox yüksək qiymətləndirib

Siz çox düzgün qeyd etdiniz ki, bu format ötən ilin sonunda planlaşdırılırdı, lakin hazırkı görüşün iştirakçılarından asılı olmayan səbəblərə görə həmin görüş baş tutmadı. Hazırkı görüşün təşkil edilməsini və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində müşahidə olunan dinamikanı - may ayında baş tutan sıx təması nəzərdə tuturam, çox yüksək qiymətləndiririk.

Poliqon.info xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşünün protokol hissəsində deyib.

“Düşünürəm ki, bu gün post münaqişə dövründə AzərbaycanErmənistan münasibətlərinin normallaşmasına aid olan bir sıra məsələləri, həmçinin Azərbaycan - Rusiya ikitərəfli münasibətlərini müzakirə etmək üçün imkanımız olacaq. Siz təmaslarda müşahidə olunan dinamika barədə danışdınız, mən isə xüsusilə onu da qeyd etmək istəyirəm ki, bizim görüşümüz keçirilən vaxtda paralel olaraq Kazan şəhərində Şahin Mustafayevin rəhbərlik etdiyi təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti “Rusiyaİslam dünyası” tədbirində iştirak edir”, - nazir vurğulayıb.

Nazir, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə Rusiyada göstərilən xüsusi diqqətə görə ayrıca təşəkkür edib: “Dünən ölkəmizin səfiri ilə burada keçirilən tədbirlərin intensiv qrafikini müzakirə etmək imkanımız oldu. Səfir sizin dövlət orqanlarınızın, ictimai təşkilatlarınızın, vətəndaşlarınızın Heydər Əliyevin yubileyinə olan yüksək diqqətindən danışdı. Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin, dostluğunun simvolu və ölkələrimizi birləşdirən amil olub. Mən hesab edirəm ki, hazırkı görüş imkanından digər əhəmiyyətli məsələlərin müzakirəsi üçün də istifadə edəcəyik”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay