Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən çox çempionluq sevinci yaşamış baş məşqçilər: Qurban Qurbanov əlçatmazdır – Siyahı

Futbol üzrə Azərbaycan çempionu olan məşqçilərin siyahısı müəyyənləşib.

“Report”un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvələ liderlik edir.

“Qarabağ”ın 2022/2023 mövsümündə qızıl medalları təmin etməsi 51 yaşlı mütəxəssisin öz rekordunu yeniləməsinə səbəb olub. Qurbanov Ağdam klubunun sükanı arxasında 9-cu dəfə qızıl medallara yiyələnib.

Onu 5 çempionluqla Ağasəlim Mircavadov izləyir. Qurbanov bütün titulları “Qarabağ”la əldə edibsə, Mircavadov 4 fərqli komanda ilə çempionluq sevinci yaşayıb.

İlk “üçlüy”ü Kazbek Tuayev qapayır. Onun aktivində 4 çempionluq var.

Azərbaycan çempionatları tarixində cəmi 3 əcnəbi mütəxəssis qızıl medalı boynundan asa bilib. Ukraynalı Valentin Xodukin və gürcüstanlı Kaxaber Sxadadze “İnter”i, şimali makedoniyalı Qyoko Hacıyevski isə “Bakı”nı bir dəfə çempion edib.

Ümumilikdə 31-ci milli çempionat başa çatmaq üzrədir. Yalnız 2001/2002 mövsümündə Qəhrəman Əliyevin rəhbərlik etdiyi “Şəmkir” çempionata liderlik etdiyi bir vaxtda klublar AFFA-ya etiraz əlaməti olaraq yarışı dayandırıblar.

Çempion baş məşqçilər:

1. Qurban Qurbanov - 9 dəfə (“Qarabağ” – 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023)

2. Ağasəlim Mircavadov – 5 (“Qarabağ” – 1993, “Şəmkir” – 1999/2000, 2000/2001, “Neftçi” – 2004/2005, “Xəzər Lənkəran” – 2006/2007)

3. Kazbek Tuayev – 4 (“Turan” - 1993/1994, “Neftçi” – 1995/1996, 1996/1997, 2003/2004)

4-5. Mehman Allahverdiyev – 3 (“Kəpəz” - 1994/1995, 1997/1998, 1998/1999)

Böyükağa Hacıyev – 3 (“Bakı” – 2005/2006, “Neftçi” – 2011/2012, 2012/2013)

6-11. Əhməd Ələsgərov – 1 (“Neftçi” - 1992)

Valentin Xodukin – 1 (“İnter” – 2007/2008)

Qyoko Hacıyevski – 1 (“Bakı” – 2008/2009)

Kaxaber Sxadadze – 1 (“İnter” – 2009/2010)

Arif Əsədov – 1 (“Neftçi” – 2010/2011)

Samir Abasov - 1 (“Neftçi” – 2020/2021)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar