Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzuli yaşayış kompleksinin istifadəyə veriləcəyi tarix açıqlandı

“Füzuli yaşayış kompleksində yerləşən bütün mənzillər tam təmirli olacaq”.

Bunu bazar günü Trend-ə MİDA-nın mətbuat katibi Diana Dadaşova deyib.

“Bildiyiniz kimi Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılmışdır və 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış oldular. Qeyd edim ki, ümumi sahəsi 8.9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Bununla yanaşı 4,5,6 və 7 mərtəbəli binalardan ibarət olan yaşayış kompleksində ümumilikdə 846 mənzil olacaq. Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaqdı”, - deyə o bildirib.

D.Dadaşova qeyd edib ki, hazırda kompleksdə tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

“Birinci məhəllədə tikinti işlərində dəmir-beton konustruksiyaların quraşdırılması işləri başa çatmışdır. Eyni zamanda ikinci məhəllədə yerləşən altı binada dəmir-beton konustruksiyaların quraşdırılması işləri yekunlaşmaqdadır. Paralel olaraq birinci məhəllədə yerləşən altı binada xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir. Bununla yanaşı qalan binalarda da dəmir-beton konustruksiyaların quraşdırma işləri davam etdirilir və bu binaların çoxunda hörgü və suvaq işlərinin həyata keçirilməsinə başlanılıb”, - deyə MİDA-nın mətbuat katibi bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sonunadək kompleksin təhvil verilməsi planlaşdırılır.

“Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq. Mətbəx mebeli, qaz piltəsi, su, qaz və elektirik sayğacları ilə təhciz ediləcək. Eyni zamanda binalarda lift quraşdırılacaq, həmçinin mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış kompleksinin ərazisində binalarla yanaşı yeraltı və yer üstü dayanacaqlar, sosial məişət obyektləri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcəkdir”, -deyə D.Dadaşova əlavə edib.

Poliqon.info 


Etiket: Füzuli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - Yenilənib

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Ən çox oxunanalar