Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar məşqçinin ölkədən çıxışına qadağa qoyulub

Əməkdar məşqçi Aslan Ağayevin ölkədən çıxışına qadağa qoyulub...

Astara Olimpiya İdman Kompleksinin direktoru, Əməkdar məşqçi Aslan Ağayevin ölkədən çıxışına qadağa qoyulub. “Qafqazinfo”nun məlumatına görə, buna səbəb Kompleksin vergi borclarının ödənilməməsidir.

Belə ki, Dövlət Vergi Xidməti Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bildirib ki, Astara Olimpiya Kompleksinin Dövlət Sosial Müdafiə Fonduna 2928 manat borcu var. Borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, rəhbərlik borcu ödəməyib.

Məhkəmə iddianı təmin edib. Qərarda qeyd edilib ki, borcun ödənilməsini təmin etmək məqsədilə 1967-ci il təvəllüdlü Aslan Ağayevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın.

Xatırladaq ki, A.Ağayev əməkdar məşqçi və beynəlxalq dərəcəli idman ustasıdır. 2017-2021-ci illərdə güləş üzrə qadınlardan ibarət millimizin baş məşqçisi olub. O, idman sahəsindəki xidmətlərinə görə, III dərəcəli “Əmək“ ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar