Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məscidlərdə Ramazan bayramı ilə bağlı monitorinqlər keçiriləcək

Məscidlərdə Ramazan bayramı ilə bağlı fətvanın tələblərinə riayət olunması məqsədilə monitorinqlər keçiriləcək..

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) videoformatda müşavirə keçirilib.

Poliqon.info xəbər verir ki, müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlərə diqqət çəkərək ölkənin bütün bölgələrini əhatə edəcək maarifləndirmə tədbirlərində dini fanatizm, radikalizm, ekstremizmə qarşı mübarizə, həmçinin, multikulturalizm, tolerantlıq, sülh şəraitində birgəyaşayış, vətəndaşların hüquq bərabərliyi, ümumbəşəri dəyərlərə hörmət istiqamətlərində tədbirlərin davamlı olaraq keçirildiyini qeyd edib.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Komitənin Tədbirlər Planında öz əksini tapan tədbirlər barədə də danışan M.Qurbanlı dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən öyrənilməsi, Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq layihələrin reallaşdırılmasının önəmindən bəhs edib.

Ölkədə qeyd ediləcək Ramazan bayramı barədə danışan Komitə sədri DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.

DQİDK-nın sədr müavinləri isə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin olunması məqsədilə elan edilən müsahibələr, eləcə də təyinat alan din xadimlərinin fəaliyyəti, maarifləndirmə prosesinin effektivliyinin artırılması barədə fikirlərini bölüşüblər.

Sonda qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar