Bazar ertəsi, 05 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elton Con dünya rekordu qırıb...

Elton Conun vida turnesi rekord vuraraq 1 milyard dolları ötüb...

Tarixin ən nüfuzlu musiqiçilərindən biri olan Elton Conun vida turnesinin qonorarı 1 milyard dolları keçə bilər.

Poliqon xəbər verir ki, bu proqnozu The Sunday Times nəşri paylaşıb. Söhbət 2018-ci ildə başlayan və koronavirus pandemiyası səbəbilə yarımçıq qalan “Farewell Yellow Brick Road Tour”dan gedir.

Bu il yanvarın sonuna olan məlumata görə, bu qastrol səfəri çərçivəsində 278 konsert keçirilib. 76 yaşlı Elton Con artıq 817,9 milyon dollar toplayıb və britaniyalı musiqiçi Ed Şiranın “The Divide Tour”dan 776,4 milyon dollar gəlirindən artıq qazanc əldə edərək rekord qırıb.

Qeyd edilir ki, Elton Conun “Farewell Yellow Brick Road Tour” qastrolu 8 iyul 2023-cü ildə başa çatması planlaşdırılan cəmi 333 şoudan ibarətdir.

The Sunday Times qeyd edir ki, britaniyalı ifaçı pianoda 900 saatdan çox vaxt keçirəcək. Əgər qastrol plana uyğun gedərsə, o zaman İsveçin paytaxtında keçiriləcək yekun konsertə qədər musiqiçi karyerasında 1970-ci ildə yazdığı “Oğlunuz” mahnısını 2404 dəfə ifa edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün 200 dəfə ölümlə hədələnən prezident kimdir?

Saatlıdakı qətlin təfərrüatları məlum oldu 

İrəvan “Zəngilan dəhlizi”nə Rusiyanın nəzarət etməsini istəmir...

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

“Məni boşasa da, sizi gəlib almayacaq” - Ülviyyə

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

Ən çox oxunanalar