Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir klubda ən çox çalışan məşqçilər

Avropanın “böyük beşlik” liqalarında bir klubda ən çox çalışan baş məşqçilərin adları açıqlanıb.

“Report”un məlumatına görə, hazırda fəaliyyətini davam etdirən mütəxəssislərin siyahısına İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir.

Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır. Onu Almaniya “Frayburq”una rəhbərlik edən Kristian Ştrayx izləyir. Simeone həmkarından cəmi 6 gün əvvəl təyin olunub.

Müqayisə üçün əlavə edək ki, Azərbaycanda ən uzun müddətdir eyni komandada çalışan məşqçi Qurban Qurbanovdur. 2008-ci ildən “Qarabağ”a rəhbərlik edən 51 yaşlı mütəxəssis bu baxımdan “Top-5” liqalardakı bütün həmkarları üçün əlçatmazdır.

Maraqlıdır ki, Qurbanov “Qarabağ”da olduğu müddətdə “böyük beşlik” liqalarının siyahısına rəhbərlik edən ilk iki məşqçi ilə üz-üzə də gəlib. 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki Qurbanov-Simeone duelində qalib müəyyənləşməyib. Onların çalışdırdıqları komandalar Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə razılaşıblar.

Ştrayxın komandası “Frayburq”la oyunlar isə cari mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə təsadüf edib. Almaniyada rəqibinə 1:2 hesabı ilə məğlub olan “Qarabağ” Bakıda heç-heçə edib – 1:1.

"Böyük beşlik"də bir klubda ən uzun müddət işləyən baş məşqçilər:

1. Dieqo Simeone (“Atletiko”, İspaniya) - 11 il 3 ay (2011-ci ildən)

2. Kristian Ştrayx (“Frayburq”, Almaniya) - 11 il 3 ay (2011-ci ildən)

3. Olivyer Pantaloni (“Ayaçço”, Fransa) - 8 il 4 ay (2014-cü ildən)

4. Yurgen Klopp (“Liverpul”, İngiltərə) - 7 il 5 ay (2015-ci ildən)

5 Can Pyero Qasperini (“Atalanta”, İtaliya) - 6 il 9 ay (2016-cı il)

6. Pep Qvardiola (“Mançester Siti”, İngiltərə) - 6 il 8 ay (2016-cı ildən)

7. Paskal Qastyen (“Klermon”, Fransa) - 5 il 6 ay (2017-ci ildən)

8-9. Urs Fişer (“Union”, Berlin, Almaniya) - 4 il 8 ay (2018-ci ildən)

8-9. Yaqoba Arrasate (“Osasuna”, İspaniya) - 4 il 8 ay (2018-ci ildən

10. Tomas Frank (“Brentford”, İngiltərə) - 4 il 5 ay (2018-ci ildən)

11. İmanol Alquasil (“Real Sosyedad”, İspaniya) - 4 il 3 ay (2018-ci ildən)

Qurban Qurbanov, həmçinin, Postsovet məkanı ölkələrinin yüksək liqasında və Türkiyə Super Liqasında çalışan mütəxəssislər üçün də əlçatmazdır. Burada ona ən yaxın həmkarı 11 ildir Özbəkistanın “Nasaf” klubuna başçılıq edən Ruzikul Berdiyevdir. Həmin liqaların hər birində ən uzun müddətdir çalışan məşqçilər aşağıdakı kimidir:

Postsovet məkanı və Türkiyə:

Azərbaycan: Qurban Qurbanov (“Qarabağ”) – 14 il 9 ay (2008-ci ildən)

Özbəkistan: Ruzikul Berdiyev (“Nasaf”) – 11 il 2 ay (2012-ci ildən)

Yazqulu Xocaqeldiyev (“Altın Asır”) – 9 il 3 ay (2014-cü ildən)

Belarus: İroq Kovaleviç (“Neman”) – 6 il 9 ay (2016-cı ildən)

Gürcüstan: Gia Qequçadze (“Dinamo”, Batumi) – 5 il 2 ay (2018-ci ildən)

Rusiya: Sergey Semak (“Zenit) – 4 il 10 ay (2018-ci ildən)

Estoniya: Yurgen Henn (“Flora”) – 4 il 7 ay (2018-ci ildən)

Moldova: Andrey Martin (“Daçiya”) – 4 il 3 ay – (2019-cu ildən)

Türkiyə: Rıza Çalımbay (“Sivasspor”) – 3 il 9 ay – (2019-cu ildən)

Ukrayna: Yuri Virt (“Veres”) – 3 il 9 ay (2019-cu ildən)

Ermənistan: Rafael Nazaryan (BKMA) – 3 il 8 ay (2019-cu ildən)

Tacikistan: Asliddin Xabibulloyev (“Xatlon”) – 3 il 3 ay (2020-ci ildən)

Litva: Rokas Qarastas (“Kauno Jalqiris”) – 3 il 3 ay – (2019-cu ildən)

Latviya: Viktor Moroz (RFS) – 3 il 1 ay (2020-ci ildən)

Qırğızıstan: Vladimir Xoroşunov (“Kara-Balta”), Ceylan Arıkan (“Abdış-Ata”), Nurbek Zoldaşov (“Neftçi”) – 2 il 3 ay (2021-ci ildən)

Qazaxıstan: Sergey Popkov (“Okjetpes”), Aleksandr Sednyov (“Ordabası”) – 2 il 2 ay (2021-ci ildən)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Ən çox oxunanalar