Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin liderinin Rusiya səfəri... - Dünyanın yenidən iki qütbə ayrılma ehtimalı var?

Martın 20-22-də Si Tsinpin Rusiyaya səfər edəcək...

Politoloq: “Əslində, Çin lideri Si Tsinpin Rusiyaya səfər etməklə balanslı mövqe tutmağa çalışdığını göstərir”.

“Çin lideri Si Tsinpin Moskvaya növbəti səfərində vacib və xeyli önəmli yeni sənədlər imzalanacaq. Bu da Çin-Rusiya münasibətlərini üst nöqtəyə daşıyacaq”.

Bu sözləri politoloq Tural İsmayılov Çin lideri Si Tsinpin Rusiyaya gözlənilən səfərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Martın 20-22-də Çin lideri Si Tsinpin Rusiyaya səfər edəcək. Bu səfərin əsas məqsədini nədir? Bu səfər dünyanın yenidən iki qütbə ayrılması üçün start xətti ola bilərmi? Eyni zamanda Pekinin Ukrayna müharibəsində bitərəf olmaqdan imtina edib Rusiyanın tərəfini tutmasına ehtimal vermək olar?

Rusiya-Çin münasibətlərini Poliqon.info-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Ukrayna müharibəsində Çinin bitərəfliyindən hər hansısa bir formada söhbət gedə bilməz”.

Çin liderinin indiki ərəfədə Rusiyaya səfər etməsinin bizim üçün müstəsna əhəmiyyətə malik olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu səfərin əsas məqsədi Rusiya-Çin münasibətlərini üst nöqtəyə daşımaqdadır:

“Əslində, Çin lideri Si Tsinpin Rusiyaya səfər etməklə balanslı mövqe tutmağa çalışdığını göstərir. Amma hər kəsə bəllidir ki, iqtisadi, hərbi, siyasi və bir çox sahələrdə Rusiya və Çin əməkdaşlıq edir. Bu baxımdan Çin liderinin indiki ərəfədə Rusiyaya səfər etməsi bizim üçün müstəsna əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu səfərin əsas məqsədi Rusiya-Çin münasibətlərini üst nöqtəyə daşımaqdan ibarətdir.

Həmçinin Çinin İpək yolu və digər layihələrlə bağlı Rusiyanın dəstəyinə ehtiyacı var. Çinin böyük qlobal kommunikasiyalar və iqtisadi layihələrində Rusiya qızıl nöqtələrdən birini təşkil edir. Çin Ukrayna müharibəsində bitərəf görünsə də, biz bilirik ki, Rusiyaya tətbiq edilən sanksiyalardan Çin müxtəlif manevrlərlə yayınır. Beləliklə də, Çin Rusiyaya qarşı aparılan prosesdə Moskvaya sona qədər dəstək olmağa davam edir. Bu baxımdan Ukrayna müharibəsində Çinin bitərəfliyindən hər hansısa bir formada söhbət gedə bilməz.

Düşünürəm ki, Çin lideri Si Tsinpin Moskvaya növbəti səfərində vacib və xeyli önəmli yeni sənədlər imzalanacaq. Bu da Çin-Rusiya münasibətlərini üst nöqtəyə daşıyacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata Abdullayevlə Vüqar Səfərli arasında həbsxanada dava olub...

İsrail və yəhudi mediası həyəcan təbili çalır: SEPAH İlham Əliyevi təhdid edir... 

Azərbaycanlı milyarderin müharibə haqda səs yazısı yayılıb – Video

Erməni deputat Ordumuzun əməliyyatı haqda: Bu gün səhər…

Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

“Zita və Gita” 50 il sonra hərkəsi təəccübləndirdi

İlham Əliyev 1 həftə əvvəl xəbərdarlıq etmişdi - Ordumuz hərəkətə keçdi: Yollar nəzarətə götürüldü

Ermənilərin qaldırdığı bu şüarın mənası açıqlandı

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Kissincerdən bədbin proqnoz: Böyük problemlər yaranacaq...

Ən çox oxunanalar