Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-də Azərbaycanın gender bərabərliyi mövzusunda təcrübələrindən danışılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT Baş Assambleyasının Gender bərabərliyinə nail olmaq üçün "Qadınların innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal texnologiyalar əsrində təhsili" mövzusunda Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyasında çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, S.Qəhrəmanova çıxışında Azərbaycanın gender bərabərliyi mövzusunda qazandığı təcrübələrdən danışıb: "Bu gün informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin sosial-iqtisadi inkişafında əsas rol oynayır və gender bərabərliyinin, eləcə də qadınların səlahiyyətlərinin artırılmasının amillərindən biridir. Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin məqsədlərindəndir. Azərbaycanda gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun cəmiyyətin bütün sahələrində gender faktorunun daxil edilməsinə, kişilər və qadınlar arasında bərabərsizliyin qarşısının alınmasına zəmanət verib.

Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qanunun icrası ilə bağlı ölkə parlamentinə hesabat təqdim edir ki, bu da həm dövlət strukturlarında, həm də özəl sektorda gender təhlilini aparmağa imkan verir".

Sədr müavini çıxışında Azərbaycanda bütün dövlət proqramlarına daxil edilən gender layihələrindən və qadınları ölkənin sosial-iqtisadi və siyasi həyatının bütün sahələrində daha geniş və daha effektiv iştiraka cəlb etmək üçün həyata keçirilən işlərdən də danışıb: "Azərbaycanda 2025-ci ilə qədər gender bərabərliyi üzrə milli fəaliyyət planı layihəsi hazırlanıb. Məişət zorakılığı qadınların və qızların inkişafına təsir edən amillərdən biridir. Ölkədə zorakılığa məruz qalan qadınlara kömək etmək üçün “qaynar xətt”lər fəaliyyət göstərir. Bütün icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Qadınların iqtisadi imkanlarını gücləndirmək üçün xüsusi işlər aparılır".

S.Qəhrəmanova 2011-ci ildən etibarən Dövlət Komitəsi ilə BMT-nin sıx əməkdaşlıq etdiyini deyib və qadınların kənd yerlərində iqtisadi və sosial iştirakını təşviq etmək üçün icra olunan layihədən bəhs edib: "Layihə çərçivəsində 17 qadın resurs mərkəzi açılıb. Ölkədə "Beynəlxalq Qadınlar Günü" hər il qeyd olunur. İşğaldan azad olunmuş ərazilərdən olan qadınların bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan çoxsaylı tədbirlər həyata keçirilir.

Təhsil sahəsində də qızların və qadınları aktivliyini təmin etmək məqsədi ilə ölkədə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, 2022-ci ildə ölkə başçısı xarici ölkələrin nüfuzlu universitetlərində gənclərin təhsil alması üçün 5 illik dövlət proqramını təsdiqlədi. Qeyd etmək istəyirəm ki, əvvəlki dövlət proqramında təqaüd qazanan abituriyentlərin 30 %-i qızlar olub. Eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən STEAM layihəsi həyata keçirir ki, bu sahədə də uğurlarımız olduqca çoxdur".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar