Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb dövlətlərinin BƏƏ-dən narazılıqları – Rusiyanı kritik mallarla təchz edir…

Qərb BƏƏ-dən Rusiyaya sanksiya tətbiq olunan malların göndərilməsinin dayandırmasını tələb edir…

Poliqon.info xəbər verir ki, bu barədə Financial Times-ın məlumatında deyilir. Məlumata görə Ukraynanın müttəfiqləri kritik malların ixracındakı artımdan narahatlığını ifadə etmək üçün Körfəz ölkələrinə səfər edirlər.

Qərb müttəfiqləri Birləşmiş Ərəb Əmirliklərini Rusiyaya kritik malların ixracını dayandırmağa sövq edir, çünki onlar Vladimir Putinin ordusunu Ukraynada müharibəni davam etdirmək üçün lazım olan komponentlərdən məhrum etməyə çalışırlar.

Bu səfərlərdə iştirak edən ABŞ, Aİ və Böyük Britaniyadan olan rəsmilərinin sözlərinə görə, ticarət məhdudiyyətlərinin geniş spektrini aydınlaşdırmaq və BƏƏ rəsmilərinə sanksiyaların pozulması ilə bağlı şübhələrini aradan qaldırmaq üçün təzyiq etmək üçün son həftələrdə varlı Körfəz dövlətinə səfər ediblər.

ABŞ hökuməti BƏƏ-nin Rusiyanın müharibə səylərinə kömək etmək üçün dəyişdirilə bilən elektronik malların daşınma mərkəzinə çevrilməsindən narahatdır. Müzakirələrlə tanış olan insanların fikrincə, məhdudiyyətlərdən yan keçməklə malların BƏƏ vasitəsilə göndərildiyi zaman “reeksport” deyilən məsələ xüsusi narahatlıq doğurur.

ABŞ-ın sanksiyalar üzrə koordinasiya ofisinin rəhbəri Ceyms O'Brayen, Aİ-nin sanksiyalar üzrə elçisi David O'Sallivan və Böyük Britaniyanın sanksiyalar ofisinin direktoru Devid Rid ilə birlikdə mövqelərini müdafiə etmək üçün keçən ay BƏƏ-yə səfər ediblər.

“Bizim BƏƏ-dən əsas xahişimiz ondan ibarətdir ki, onlar təkrar ixracı dayandırsınlar və bu təkrar ixracın problemli olduğunu etiraf etsinlər”, deyə mənbə bildirib və qeyd edib ki, məsləhətləşmələr davam edir.

“Azad Rusiya” Fondu tərəfindən təhlil edilən Rusiya gömrük məlumatlarına görə, BƏƏ-dən Rusiyaya elektron komponentlərin ixracı keçən il yeddi dəfədən çox artaraq, demək olar ki, 283 milyon dollara çatıb və bu kateqoriya bu istiqamətdə göndərilən ən böyük məhsul olub.

2022-ci ildə BƏƏ Rusiyaya bir il əvvəlkindən 15 dəfə çox mikroçip ixrac edib və bu məhsulların ticarəti 2021-ci ildəki 1,6 milyon dollardan ötən il 24,3 milyon dollara yüksəlib.

BƏƏ ilə müzakirələr Qərb müttəfiqlərinin diqqətini yeni sanksiyalar tətbiq etməkdən, tətbiqi sərtləşdirməyə və özəl sektorun mövcud məhdudiyyətlərə əməl etməsini təşviq etməyə yönəldiyi bir vaxta təsadüf edir.

O'Sallivan keçən ay Financial Times qəzetinə demişdi ki, Qərb ölkələri Rusiyanın bəzi dövlətlərlə ticarətində qeyri-adi sıçrayışlar yaşayır, lakin konkret ölkələrin adını çəkməkdən imtina etmişdi.

Son məlumatlara görə isə müttəfiqlər BƏƏ, Türkiyə və Mərkəzi Asiya və Qafqaz ölkələrini izləyir. BƏƏ, həm də var-dövlətlərini gizlətmək üçün yer axtaran varlı rusların sevimli məkanı hesab olunur.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay