Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağıntının azlığı Naxçıvanın çaylarında doluluğun aşağı düşməsinə səbəb olub

Bu il yağıntıların miqdarının illik normadan az olması Naxçıvan ərazisindəki çaylarda və digər sututarlarda doluluğun aşağı düşməsinə səbəb olub.

Problem yarımquraqlıq zonalarda özünü daha qabarıq göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri muxtar respublikanın gursululuq proqnozunu dəqiqləşdirirlər. Bu məqsədlə Batabat yaylasında və digər ərazilərdə proqnozlaşdırma işləri aparılır, muxtar respublikanın su ehtiyatları qiymətləndirilir.

Milli Hidrometeorologiya Xidməti Batabat yaylasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə qarölçmə işlərini həyata keçirib. Həmçinin mütəxəssislər müasir cihaz vasitəsilə Naxçıvançayın su sərfini ölçüblər.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün təlim də təşkil ediblər. Təlimdə portativ üsulla su sərfini ölçən müasir “Sommer” cihazından istifadə qaydaları izah olunub. Həmçinin ekoloji ekspertiza ilə də bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları və Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən muxtar respublika ərazisindəki digər çay və sututarlarda yoxlamaların aparılması davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar