Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rza Pəhləvi: “Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır” - Video

İran rejimi beynəlxalq qanunlara məhəl qoymur. Tehrandakı Azərbaycan səfirliyinə hücum beynəlxalq hüququ ayaqlamaqdır”.

Bu fikirləri İranın hakimiyyətdən devrilmiş sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi REAL TV-yə müsahibəsində yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumundan danışarkən deyib.

Rza Pəhləvi, həmçinin İrandakı cari siyasi vəziyyətdən danışıb:

“Bu, əslində inqilabdır. Dünyada azadlığı sevən bütün insanlar tərəfindən bu proses alqışlanır, dəstəklənir. Azərbaycan səfirliyinə edilən hücuma gəldikdə isə, İran rejimi beynəlxalq qanunlara üz çevirib, onlara əhəmiyyət vermir. Bu hücumun başqa adı yoxdur. Onlar istənilən qanuna üz çevirirlər”.

Pəhləvi bildirib ki, İranda gedən proseslər bu ölkəni azad ölkəyə çevirə bilər.

İran ərazisində yaşayan hər bir şəxs Cənubi Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”, - şahın oğlu qeyd edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunublar. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar