Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əsədli: “Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir”

Ermənistan Baş naziri Nikol Paşinyan niyə KTMT-nin deyil, AB müşahidə missiyasının Ermənistana gəlməsi ilə bağlı danışıb. Baş nazir bu məsələ barədə Ermənistan siyasi kəsimi arasında bəzi “anlaşılmazlıqların” olduğunu bildirib və buna aydınlıq gətirməyə çalışıb. Paşinyan deyib ki, KTMT-yə ən mühüm fundamental məqamlardan biri – Ermənistanda KTMT-nin məsuliyyət zonasının dəqiqləşdirilməsi ilə bağlı müraciət ediblər: “Yəni Ermənistan Respublikasının nə olduğu barədə öz anlayışınızı bizə təqdim edin! Buna cavab almamışıq.
Bəs AB-nin Ermənistandakı mülki missiyası niyə mümkün oldu? Çünki Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə əsasən, AB Ermənistan Respublikasının nə olduğunu dəqiq müəyyən etdi. Yəni dedilər, bu, Ermənistanın xəritəsidir, ya da biz dedik, onlar da təsdiq etdilər. Onlar ərazini müşahidə və nəzarət etmək üçün gəlirlər.

Ərazini dərk etmədən müşahidə missiyası ən azı qəribə olacaq, çünki bu halda onların nəyə nəzarət etdikləri bəlli deyil”. O əlavə edib ki, əgər hər hansı missiya “Ermənistanın ərazisinin nə olduğunu” bilmirsə, Ermənistanın işğal olunub-olunmamasını necə qiymətləndirəcək?”. Paşinyan öz “arqumentini” daha bir gülünc iddia ilə əsaslandırmağa çalışıb. Bildirib ki, AB missiyasına qədər Azərbaycan torpaqlarının erməni-rus birləşmələri tərəfindən işğal edilə biləcəyini Qərb dairələrində deyirdi. Bunun səbəbi isə Ermənistanda rus bazalarının yerləşdirilməsi ilə bağlıdır.

Baş nazirin açıqlamasını “Şərq”ə təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Paşınyan açıqdan-açığa Rusiya ilə Avropa arasında manevrlər edərək vaxt udmaq istəyir. Çünki Rusiya həmin ərazilərə Avropa İttifaqının əlavə missiyasının gəlməsinə yol verməmək üçün KTMT-nin mülki missiyasının həmin ərazilərdə yerləşdirilməsinə çalışır:

“Söhbət mülki missiyadan gedir. Çünki Rusiyanın Ermənistan ərazisində KTMT-nin əlavə hərbi qüvvələrini yerləşdirməsinə ehtiyacı yoxdur. Rusiyanın Ermənistanda hərbi bazası var və bundan əlavə ikitərəfli müqaviləyə əsasən, Ermənistan sərhədlərinin böyük bir qismi Rusiya sərhədçiləri tərəfindən mühafizə olunur.

Ermənistan KTMT-ni Azərbaycan əleyhinə istifadə etmək istəyirdi. Onlar 12-14 sentyabrda ermənilərin təxribatı nəticəsində sərhəddə baş verən atəşkəsin pozulmasından sonra KTMT-nin hərbi qoşunlarını Azərbaycanla üz-üzə qoymağa çalışırdılar. Ermənistan iddia elədi ki, guya, Azərbaycan Ermənistanın sərhədlərini keçib. Bu mənada Azərbaycanın həmin ərazilərdən çıxarılması üçün KTMT-nin gücündən istifadə etmək istədilər. Ermənistan bununla bağlı imtina aldı.

Ona görə də üzünü Avropaya tutdu. Azərbaycan regiona əlavə qüvvələrin daşınmasında maraqlı deyil. Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ də müəyyənləşdirilmədiyi bir vaxtda həmin missiyanın hansı sərhəddə nəzarəti həyata keçirəcəyi şübhə doğurur. Əgər sərhədlər delimitasiya, demarkasiya olunmayıbsa, sərhədlər şərtidirsə, o zaman həmin o mülki missiya harada fəaliyyət göstərəcək?

Faktiki olaraq Ermənistan uğrunda Rusiyanın və Qərbin mübarizəsi gedir. Bu mübarizədən kimin qalib ayrılacağı hələ ki, müəmmalı görünür”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ən çox oxunanalar