Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SEPAH Ermənistanla birləşib Azərbaycana hücum edə bilər?

SEPAH-la Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı hücum etmək planlarının olması ilə bağlı iddilar yayılıb.

Politoloq: “İran-Azərbaycan münasibətləri artıq elə bir dövrünü yaşayır ki, bu kimi məlumatlar ciddiyə alınmalıdır”.

“Türkiyədə baş vermiş dağıdıcı zəlzələ İranErmənistanda bəzi ümidlər yaradıb. Bunu mediadan alınan xəbərlərdə görmək olur”.

Bu sözləri politoloq Azər Qasımov SEPAH-ın Ermənistanla birləşib Azərbaycana qarşı hərbi hücum edəcəyi iddiasını Poliqona-a şərh edərkən qeyd edib.

SEPAH-la Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı hərbi hücum tədarükü gördüyü iddia edilir. Bu iddia doğru çıxmasa belə, burada diqqətçəkən İranın adının Azərbaycana qarşı belə işlərdə hallanmasıdır. İranın adının Azərbaycana qarşı yenə də xəyanətdə, təxribatda hallanması nədən xəbər verir? Demək olarmı ki, artıq Bakı ilə Tehran arasında bütün körpülər yandırılıb?

Mövzunu Poliqon-un əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan ordusu bəhanə axtarır ki, bir az SEPAH əsgəri məhv eləsin, erməni əsgəri məhv etmək artıq adi hal alıb”.

Bütün dünyanın Türkiyəyə dəstək olduğu bir durumda bu kimi xəbərlərin çıxmasının, əslində əsassız sayılmadığını vurğulayan poliqon Poliqon-a bildirib ki, İran adlanan ölkə artıq öz xislətinin nəhayət açıq şəkildə biruzə verir:

İran-Azərbaycan münasibətləri artıq elə bir dövrünü yaşayır ki, bu kimi məlumatlar ciddiyə alınmalıdır. İran artıq bütün əndazələri aşıb. Özünün Azərbaycana düşmən mövqedə olduğunu gizlətmir. Tehrandakı terror hadisəsi bunu sübut etdi. Ermənistan Azərbaycana düşməndirsə və İran da onun yanındadırsa, deməli, İran da Azərbaycanın düşmənidir.

Türkiyədə baş vermiş dağıdıcı zəlzələ İranErmənistanda bəzi ümidlər yaradıb. Bunu mediadan alınan xəbərlərdə görmək olur. Bu iki gerizəkalı dövlət hesab edir ki, əgər Türkiyənin başı zəlzələyə və onun fəsadlarını aradan qaldırmağa başı qarışıbsa, onda əllərinə düşən fürsətdən istifadə edib Azərbaycana hücum etmək olar. Bu gerizəkalılar yəni bu qədər debildirlər ki, Azərbaycanın ordusunun gücünü görmürlər? Türkiyə ordusuna əvvəla zəlzələnin nə təsiri olub? Türkiyə ordusu öz yerindədir və bütün düşmənlərinə cavab verməyə hazırdır. Azərbaycan ordusu isə elə bəhanə axtarır ki, bir az SEPAH əsgəri məhv eləsin, erməni əsgəri məhv etmək artıq adi hal alıb.

Bütün dünyanın Türkiyəyə dəstək olduğu bir durumda bu kimi xəbərlərin çıxması, əslində əsassız sayılmaz, çünki İran adlanan ölkə artıq öz xislətinin nəhayət ki, biruzə verib”.

Nərminə UMUDLU
poliqon.info


Etiket: SEPAH hücum


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar