Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2000-dən çox insan “Qadın Qaynar Xətti”nə müraciət edib

Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır...

Ötən ilin iyun ayında Azercell-in təşəbbüsü ilə fəaliyyətə başlayan “Qadın Qaynar Xətti” çətin həyat şəraitində olan və ya şiddətlə üzləşən qız və qadınlara günün istənilən vaxtında dəstək verir.

PİA.az xəbər verir ki, qaynar xəttin yarımillik hesabatına əsasən mərkəzə edilən müraciətlərin 50%-dən çoxu ailədaxili problemlər, psixoloji və fiziki zorakılıqla bağlı olub. Digər zənglər hüquqi yardım, ailimentlərin alınması, boşanma, sosial-maddi rifah, səhiyyə hüququ kimi məsələlər və sığınacaqla təmin olunma ilə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur.

“Ümidli Gələcək” İctimai Birliyinin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23%-i hüquqi yardım ilə təmin edilib, 19%-i müvafiq qurumlara yönləndirilib və 6%-i sığınacaqla təmin olunub.

Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır və yalnız onların öz razılığı əsasında hər hansı məlumat müvafiq təşkilat və ya qurumlara ötürülür.

“Qadın Qaynar Xətti” dəstəyə ehtiyacı olan bütün qız və qadınları 116111 qısa nömrəsi vasitəsilə mərkəz ilə əlaqə saxlamağa çağırır!

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar