Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək

Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək...

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.

Bu sözləri “Report”un Ankara Bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:

“Xarıbülbül festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltəraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələri də Şuşada gerçəkləşdirəcəyik”.

S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:

Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”.

pia.az


Etiket: TÜRKSOY Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar