Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Əsədlə görüşü gündəmdədir

 

 

Ərdoğan Əsəd görüşü...

Türkiyə hakimiyyəti Suriya ilə münasibətlərin normallaşması kursundan razıdır və hesab edir ki, Ankara ilə Dəməşq nümayəndələri arasında danışıqların gündəliyinin növbəti mərhələsi ən yüksək səviyyədə görüşün təşkili məsələsinin müzakirəsi olacaq.

Bu barədə bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik məlumat verib.

“Hesab edirik ki, iki ölkə arasında körpülərin qurulmasının vaxtı çatıb, siyasi dialoqun vaxtı çatıb. Gündəlikdə duran növbəti məsələ yüksək səviyyədə görüşünün keçirilməsinin mümkünlüyü olacaq. Biz bu günə qədər əldə olunan irəliləyişdən razıyıq”, - deyə o bildirib.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan bəri pisləşib. Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr kəsilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də jurnalistlərə bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə Suriya lideri Bəşər Əsədin iştirakı ilə üçtərəfli görüş keçirməyi təklif edib. Onun sözlərinə görə, bu sammitdən əvvəl xüsusi xidmət orqanlarının nümayəndələri, müdafiə və xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılmalıdır.

Dekabrın 28-də Moskvada Türkiyə, SuriyaRusiya Federasiyasının Müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar olub. Yanvarın ikinci yarısında üç ölkənin xarici işlər nazirlərinin görüşü baş tuta bilər ki, onun gündəliyinə Türkiyə və Suriya prezidentləri arasında danışıqlar məsələsi daxil ediləcək.

pia.az 


Etiket: Görüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar