Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib...

PİA.az xəbər verir ki, tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan Muxtar Respublikasının həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Prezident və birinci xanım Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar - Yenilənib

Ən çox oxunanalar