Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderlandın Baş naziri qul ticarətinə görə üzr istəyib

Koloniyalarda qul ticarətindəki roluna görə, Niderland Avropada üzr istəyən ilk ölkədir…

Niderland qul ticarətindəki tarixi roluna görə üzr istəyən ilk Avropa ölkəsi olub.

PİA.az Bloomberg-ə istinadən xəbər verir ki, baş nazir Mark Rutte Haaqa məhkəməsində qul ticarətində ölkəsinin oynadığı rola görə rəsmən üzr istəyib.

“Əsrlər boyu Hollandiya dövləti və onun nümayəndələri köləliyi təbliğ edib, təşviq edib, qoruyub saxlayıb və bəhrələnib”, deyən Baş nazir üzr istəmənin məqsədinin “keçmişin kitabını bağlamaq və hər şeyi geridə qoymaq” deyil, “birlikdə irəliyə doğru yol tapmaq” olduğunu deyib. Ruttenin sözlərinə görə, rəsmi üzrxahlıq Niderlandın müstəmləkə keçmişi ilə bağlı müzakirələrdə “vacib məqamdı”, lakin “son nöqtə” deyil.

Bloomberg xatırladır ki, Niderland Surinam, Braziliya və Karib hövzəsində, həmçinin Hollandiya Şərqi Hindistan Şirkətinin fəaliyyət göstərdiyi Cənubi Afrika və Asiyada qul ticarətində əsas rol oynayıb.

Niderland hökuməti “köləliyin irsi haqqında məlumatlılığın artırılmasına” yönəlmiş layihələr üçün 200 milyon avro dəyərində bir fond yaratmağı planlaşdırır. Rutte çıxışında bu fonddan da söz açıb, ondan gələn vəsaitin “zərər” üçün ayrılmayacağını vurğulayıb.

Ruttenin üzr istəməsini 1975-ci ildə Hollandiyadan müstəqillik qazanmış Surinamın Milli Təzminat Komissiyasının rəhbəri Armand Zunder şərh edib. Onun fikrincə, qul alverində iştirak etdiyinə görə baş nazir deyil, kral Villhelm-Aleksandr üzr istəməlidir və Haaqadan deyil, keçmiş koloniyalardan üzr istənilməlidir. Fonda gəlincə, onun ölçüsü milyonlarla yox, milyardlarla avro olmalıdır, deyə Zunder bildirib.

Qeyd edək ki, 2021-ci ildə Amsterdam meri Niderlandın qul ticarətində iştirakına görə üzr istəyib, 2022-ci ildə isə dövlət kreditoru ABN Amro Bank NV və ölkənin Mərkəzi Bankı üzr istəyib.

Ruttenin üzr istəməsi Niderlandın Xarici İşlər Nazirliyinin "institusional irqçilik" haqqında hesabatının dərcindən sonra baş verib. Bu departamentin bəzi əməkdaşları həmkarlarının onlar üçün “meymun” və “Qara Pete” də daxil olmaqla irqçi adlar işlətdiklərini iddia ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay