Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi yolunda aksiyanın 8-ci günü: Mina terroru qurbanlarından etirazçılara dəstək - Yenilənib - Canlı yayım

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası genişlənir.

PİA.az-ın məlumatına görə, ekofəallara dəstək olmaq məqsədilə mina terrorundan əziyyət çəkən vətəndaşlarımız da bu gün əraziyə gəliblər.

***

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası 8 gündür davam edir.

Oxu.Az xəbər verir ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Belə ki, dinc aksiyaya Azərbaycanın hər yerindən böyük dəstək var.

Bu gün səhər saatlarında Xankəndi tərəfdən Laçın istiqamətinə doğru Rusiya sülhməramlılarından birinin ailə üzvləri keçiblər. Aksiya iştirakçıları keçidə tam şərait yaradıblar. 

Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. 

Təəssüf ki, Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən feyk məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

pia.az 


Etiket: Etiraz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Şirvanda dəmiryolu stansiyasında yanğın başlayıb

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay