Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynaya dron əleyhinə silahlar verir

Birləşmiş Ştatlar Ukraynaya 275 milyon dollarlıq HIMARS üçün raketlər və dron əleyhinə silahlar göndərməyə hazırlaşır…

PİA.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni yardım paketini elan edib. Bu paketə dronlara qarşı silahlar və HIMARS üçün raket sistemləri daxildir.

Hansı “pilotsuz” uçaş silahlarından və digər texnikadan bəhs edildiyi barədə məlumat verilmir. Eyni zamanda, Agentlik dəqiqləşdirib ki, Ukrayna Silahlı Qüvvələri HIMARS üçün raketlərdən əlavə, Qərb haubitsaları üçün 155 mm-lik mərmilər, Humvee hərbi maşınları və generatorlar alacaq.

Ağ Evin bunu cümə günü, dekabrın 9-da elan edəcəyi güman edilir. Ukraynaya yeni yardım paketi ABŞ prezidentinin Konqresin təsdiqi olmadan göndəriləcək.

Qeyd edək ki, dekabrın 2-də Raytheon şirkətinin rəhbəri Qreq Hayes Politico-ya müsahibəsində bildirib ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdəki bəzi ölkələrlə NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemlərinin müəyyən hissələrinin Ukraynaya ötürmək imkanını müzakirə edirlər. (Raytheon bu sistemləri istehsal edir). Ümumilikdə Ukraynaya səkkiz belə kompleksin tədarükü planlaşdırılır.

Dekabrın 7-də ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) rekord məbləğdə - 858 milyard dollarlıq müdafiə büdcəsi layihəsini razılaşdırıblar. Bu büdcənin 2,7 milyard dolları silah-sursat istehsal gücünün artırılması üçün Ukrayna yönəldiləcək. Bundan əlavə, Ukrayna təhlükəsizliyi təmin etmək üçün ən azı daha 800 milyon dollar alacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

"Taliban" gündə beş dəfə məscidə getməyən dövlət qulluqçularını cəzalandıracaq  

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Ən çox oxunanalar