Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA-dan konservləşdirilmiş məhsullarla bağlı xəbərdarlıq 

“Dükanlardan tərəvəz, balıq, ət və s. konservləri alındıqda qablaşmaya fikir verilməlidir”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Belə ki, AQTA ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullarla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, ev şəraitində hazırlanan məhsulların qış aylarında istifadəsi halları daha çox müşahidə edilir. Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə edə bilməsi üçün ənənəvi üsullardan faydalanaraq, həmin məhsulları məişət şəraitində konservləşdirir. Bu kimi halların mövcudluğu qida təhlükəsizliyi ilə bağlı risk faktını ortaya qoyur:

“Konservləşdirmə prosesinin düzgün aparılmaması nəticəsində tibdə “Botulizm” adlanan qida zəhərlənmələrinə gətirib çıxararaq ölümə səbəb olur. İstehsal zamanı sanitar-gigiyenik qaydalara, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur.

Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda “yaşayan” botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Onlar sporlarla çoxalır və yalnız müəyyən bir müddət 1000 dərəcədə qaynadıldıqda məhv olurlar. Botulizm törədiciləri oksigensiz şəraitdə inkişaf edir. Bundan başqa, konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi halları baş verir. Bu məhsullar xarici görünüşünə görə xarab (zay) təsir bağışlayır. Belə ki, toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır, məhsulun suyu bulanıq olur və dadı dəyişir. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir.

Ev şəraitində hazırlanan konserv istifadə edilərkən, müvafiq gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir. Qeyd edək ki, yalnız ev şəraitində hazırlanan konservlər deyil, ticarət obyektlərində satılan sənaye konservləri də saxlanma şəraiti, temperatur rejimi və s. tələblərə əməl olunmadıqda zəhərlənmələrə səbəb ola bilər. Buna görə də dükanlardan tərəvəz, balıq, ət və s. konservləri alındıqda, qablaşmaya fikir verilməlidir. Məhsul təzə olmalı (yararlılıq müddətinə diqqət edilməli), qapağı “şişməməli”, metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq və ət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır”.

Bununla əlaqədar olaraq, AQTA əhaliyə xəbərdarlıq edərək bildirir ki, konservləşdirilmiş məhsullardan istifadə zamanı həyat və sağlamlıq üçün tövsiyə olunan qaydalara ciddi şəkildə riayət olunmalı, bu cür məhsullarla bağlı hər hansı uyğunsuzluq aşkarlandıqda isə müvafiq dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət etsinlər.

pia.az 


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ən çox oxunanalar