Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Utilizasiya proqramı ilə köhnə avtomobillər bu şərtlərlə alınacaq – Təfərrüat

“Avtomobil vətəndaşın şəxsi əmlakıdır. Əgər vətəndaşlar özləri istəsə, utilizasiya proqramı tətbiq ediləcək”.

Yeniavaz.com xəbər verir ki, bunu artıq hazırlanmış və razılaşdırılma mərhələsində olan “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası Proqramı” ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.

Rasim Səttar-zadə bildirib ki, hər hansı şəxs tamamilə köhnə, istismar dövrünü başa vurmuş avtomobilini təhvil vermək istəsə, təhvil alınacaq və əvəzində vauçer veriləcək: “Utilizasiya proqramında köhnə avtomobillər dedikdə istehsal ili 10 ildən artıq olan avtomobillər nəzərdə tutulur. Avtomobilin markasından asılı olaraq, müxtəlif məbləğdə vəsait nəzərdə tutulacaq. Qiyməti 3-4 min manata qədər motosikletlərdən başlayaraq iri avtomobillərə qədər ancaq yeni maşın almaq üçün müraciət etdikdə, vauçerdə olan məbləğ həmin yeni avtomobilin satış qiymətindən çıxılacaq. Müəyyən fondda toplanmış məbləğdən bu məqsədlə vəsait ödəniləcək. Bu proqram vətəndaşı stimullaşdırıcı tədbir kimi yeni avtomobil almağa yönəldəcək. Vətəndaş yeni avtomobili alan zaman köhnə avtomobilini təhvil verərək daha ucuz almaq imkanı əldə edəcək”.

Qeyd edək ki, vauçer yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlərdir.

pia.az 


Etiket: Avtomobil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay