Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin Rusiya və Ermənistana sərt xəbərdarlığı... - Moskva və İrəvanda bu xəbərdarlıq eşidiləcək?

Əgər bu xəbərdarlıq eşidilməzsə, sülh sazişinin taleyi necə görünür?..

Politoloq: “Əlbəttə, prezident İlham Əliyevin çıxışlarını, açıqlamalarını həm Rusiya tərəfi, həm də Ermənistan tərəfi diqqətlə izləyir”.

“Ölkə başçısı ilk dəfə olaraq Ruben Vardanyanla bağlı fikirlərini açıq ifadə etdi. Prezident bildirdi ki, Ruben Vardanyanla danışıqlar olmayacaq və o Moskvadan göndərilib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu örezident İlham Əliyevin dünən Moskvaya və İrəvana verdiyi mesajları PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan prezidenti İlham Əliyev Moskva və Yeravana bir daha sərt şəkildə xəbərdarlıq etdi. Xüsusən prezidentin Vardanyanla bağlı xəbərdarlığı diqqət çəkdi.

Bəs prezidentin dünənki xəbərdarlığı RusiyaErmənistan tərəfindən eşidiləcək? Əgər bu xəbərdarlıq eşidilməzsə, sülh sazişinin taleyi necə görünür?

Prezidentin Vardanyan xəbərdarlığını PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İnanmıram ki, ilin sonuna qədər sülh sazişi imzalansın”.

Ermənistanın heç bir addım atmadığını və sülh sazişi istiqamətində heç bir iş görmədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda heç sülh sazişi mətninin üzərində iş getmir, sərhədlər müəyyənləşmir, dəhlizi məsələsi də arxa plandadır:

“Əlbəttə, prezident İlham Əliyevin çıxışlarını, açıqlamalarını həm Rusiya tərəfi, həm də Ermənistan tərəfi diqqətlə izləyir. Prezidentin dünənki açıqlamaları da orada müəyyən şərhlərə səbəb olacaq. Ölkə başçısı ilk dəfə olaraq Ruben Vardanyanla bağlı fikirlərini açıq ifadə etdi. Prezident bildirdi ki, Ruben Vardanyanla danışıqlar olmayacaq və o Moskvadan göndərilib. Bunu görə İlham Əliyev Moskvaya da mesaj verdi və bu mesaj rəsmi Bakının Rusiyanın planlarından xəbərdar olduğnu ortaya qoydu.

Prezident bildirdi ki, yalnız Qarabağda əli qana batmayan, silahlı olmayan ermənilərlə təmas olacaq, danışıqlar aparılacaq. Amma Vardanyan, Araik Arturyanla heç bir zaman danışıq olmayacaq. Ruben Vardanyan Xankəndində gələndən bəri eyham vururdu ki, Azərbaycan rəsmiləri ilə görüşməyə hazırdır. O, deyirdi ki, guya savaşda olmayıb, əli qana batmayıb. Amma Vardanyan savaşa, separatçılara dəstək verən adamdır. Bu adam heç Qarabağlı da deyil. Ona görə də Qarabağla heç bir əlaqəsi olmayan bu adamla əlbəttə ki, görüş mümkün deyil. Düşünürəm ki, Prezidentin mesajları açıq şəkildə Yerevanda və Moskvada müzakirə olunacaq.

Elxan Şahinoğlu: “Yaxın zamanda sülh sazişi olmayacaq. Ermənistanla da münasibətlər daha da gərginləşəcək. Bu fonda yeni hərbi əməliyyatların keçirilməsini də istisna etmək olmaz”.

Mən sülh sazişinə görə o qədər də optimist deyiləm. Çünki fikir ixtilafı davam edir. Ermənistan heç bir addım atmır və sülh sazişi istiqamətində heç bir iş görülmür. Hazırda heç sülh sazişi mətninin üzərində iş getmir, sərhədlər müəyyənləşmir, dəhlizi məsələsi də arxa plandadır.

Bəziləri deyirlər ilin sonuna qədər sülh sazişi imzalanacaq. Amma bütün bunlar ortada varkən mən inanmıram ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Bu məsələlər həll olunmadığı müddətdə hansı sülh sazişindən danışmaq mümkündür?

Ona görə də düşünürəm ki, yaxın zamanda sülh sazişi olmayacaq. Ermənistanla da münasibətlər daha da gərginləşəcək. Bu fonda yeni hərbi əməliyyatların keçirilməsini də istisna etmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar