Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siz necə hökumətsiniz ki...” – Şolzdan İrana sərt sözlər

“Tehranda öz vətəndaşlarına odlu silahlardan atəş açan bir hökumət var”...

PİA.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

İran xarici işlər nazirinin Almaniyanı bizim münasibətimiz və davranışlarımızdan dolayı bunun nəticələrinin olacağı ilə hədələdiyini eşitdim. Tehrandakı hökumətə ancaq bunu deyə bilərəm: siz necə bir hökumətsiniz ki, öz vətəndaşlarınıza atəş açırsınız? Belə edən hər kəs bizim müqavimətimizi gözləyə bilər”, - kansler bildirib.

Almaniyada yaşayan İran əsilli vətəndaşlara və etirazçılara müraciət edən Şolz qeyd edib: “İnsan haqları və qadın hüquqları üçün bütün tələblərinizin arxasındayıq. İran xalqının yanındayıq”.

Kansler Məhsa Əmininin qətlindən sonra İranda təxminən iki aya yaxındır insanların küçə və meydanlarda rejimə etiraz etdiklərini söyləyib.

Şolz məsələnin geyim tərzi ilə bağlı olmadığını vurğulayıb: “İranda hər kəs daha çox azadlıq və ədalət üçün küçələrdə mübarizə aparır”.

Bunun nə qədər cəsarət tələb edəcəyini təsəvvürünə belə gətirə bilmədiklərini qeyd edən Şolz Almaniyadakı yüz minlərlə iranlının İrandakı ailə üzvlərindən narahat olduğunu və hər gün onlara göndərilən görüntülərdən şoka düşdüklərini bildirib.

Kansler BMT-də İrandakı hadisələrlə bağlı etdiyi çıxışa toxunaraq deyib:

İran Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İran insan haqlarını dəstəkləmək və qorumaq üçün öhdəlik götürüb. İnsan haqları pozulanda bunu görüb tədbir görməliyik. Biz də bunu edirik. Tehranda, İsfahanda, Şirazda, Sənəndəcdə küçələrdə, məhkəmə zallarında baş verənləri, azadlıq və ədalət uğrunda mübarizəni görürük. Zorakılığa dərhal son qoyulmasını tələb edirik. Siyasi məhbusların və həbsdə olan jurnalistlərin azad edilməsini tələb edirik”.

Avropa Birliyinin (AB) artıq İrana qarşı müxtəlif sanksiya paketlərini qəbul etdiyini xatırladan Şolz sözlərini belə davam etdirib:

“Bu sanksiyalar xüsusilə öz xalqına qarşı zorakılığa görə məsuliyyət daşıyanlara yönəlib. Bu sanksiyalar gələn həftə əlavə olunacaq. “İnqilab Mühafizəçiləri” (SEPAH) və siyasi rəhbərliyə təzyiqləri daha da artırmaq istəyirik. Günahkarların məsuliyyətə cəlb edilməsi üçün sübutların toplanmasının tərəfdarıyıq. BMT-nin İnsan Hüquqları Şurasında xüsusi sessiyanın keçirilməsini istəyirik”.

Bundan əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan AB-nin Tehrana qarşı yeni sanksiyalar paketi hazırladığını açıqlayan Almaniyaya “qəti” cavab verəcəklərini demişdi.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Ən çox oxunanalar