Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Çin - ən böyük çağırışlar: Pentaqonun yeni milli müdafiə strategiyası

Rusiya və Çinin nüvə arsenalının artması ən çox narahatlıq doğurur...

Bayden administrasiyası çərşənbə günü ABŞ-ın Milli Müdafiə Strategiyasını, Nüvə Siyasəti İcmalını və Raket Əleyhinə Müdafiə İcmalını dərc edib. Bu sənədlərdə ABŞ-ın genişmiqyaslı təhlükəsizlik strategiyası və bu təhdidlərin qarşısının alınması yollarının axtarışı əksini tapıb.

Bu təhdidlər arasında birinci yerdə Rusiya və Çin dayanır. Bu ilin yazında Konqresə Milli Müdafiə Strategiyasının məxfi versiyası təqdim edilib, sənəddə prioritetlər, o cümlədən müttəfiqlərlə iş və Çin və Rusiyaya qarşı mübarizə tədbirləri əksini tapıb.

Pentaqon rəhbəri Lloyd Ostin cümə axşamı jurnalistlərə belə deyib: "Biz çəkindirmə tədbirlərimizi elə inkişaf etdiririk ki, potensial düşmənə aydın olsun ki, ABŞ-a və ya müttəfiqlərimizə və tərəfdaşlarımıza qarşı təcavüz çox baha başa gələcək".

Milli Müdafiə Strategiyasında əsas diqqət Çinin çəkindirilməsini gücləndirmək zərurətinə və ABŞ-ın artan müttəfiqlər və tərəfdaşlar şəbəkəsi ilə əməkdaşlığı möhkəmləndirməyə ayrılır.

Strategiyada həmçinin Rusiyanın Ukraynaya hücumu fonunda bu ölkənin yaratdığı çağırışlar, habelə Şimali Koreya, İran və hərbi ekstremist təşkilatlardan gələn təhdidlər nəzərə alınır.

"Moskva və Pekin hərbi hazırlığı, o cümlədən Amerika ictimaiyyətinin iradəsinin sarsıdılması və bizim kritik əhəmiyyət kəsb edən infrastrukturumuza zərbə endirilməsi məqsədilə atılan addımları gizlətmək üçün geniş alətlər spektrindən istifadə edə bilər", deyə Strategiyada bildirilir.

Rusiya və Çinin nüvə arsenalının artması ən çox narahatlıq doğurur, bu zaman ABŞ hökuməti "strateji çəkindirmənin əsas dayağı" olan öz nüvə potensialına arxalanır.

Pentaqon ABŞ-ın nüvə triadasının - quruda yerləşən qitələrarası ballistik raketlərin, bombardmançıların və çox nüvə başlıqları daşıyan sualtı qayıqların müasirləşdirilməsinə sadiqdir.

Strategiyada həmçinin pandemiya və iqlim dəyişikliyi kimi təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirilir.

pia.az


Etiket: Rusiya Çin Pentaqon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar