Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada nüvə müharibəsi başlasa, Azərbaycanı nə gözləyir?

Azərbaycana heç bir təhlükə yoxdur...

Bu gün Rusiya dünyanı birbaşa nüvə silahından istifadə etməklə hədələyir. ABŞ prezidenti Co Bayden isə bunun baş verə biləcəyi təqdirdə mümkün “qiyamət”dən danışır.

Nüvə müharibəsinin başlama ehtimalı nə qədərdir? Taktiki silahdan istifadə dünyanı və Azərbaycanı necə təhdid edir?

Bu və digər sualları Media.Az-a müsahibəsində Azərbaycan Elmlər Akademiyasının üzvü, Milli Nüvə Tədqiqatları Mərkəzinin sabiq direktoru Adil Qəribov cavablandırıb.

- Bəşəriyyətin nüvə müharibəsi zamanı sağ qalması mümkündürmü? Əgər Rusiya Ukraynaya lokal zərbələr vursa, ölkəmiz üçün hansı nəticələr gözləyə bilərik?

- Ukraynaya qarşı taktiki silahlardan istifadə olunarsa, Azərbaycan üçün heç bir xüsusi nəticə olmayacaq. Hər hansı bir nüvə zərbəsindən sonra nüvə göbələyi əmələ gəlir - nüvə və ya termonüvə partlayışından sonra meydana gələn göbələk buludu, radioaktiv bulud da adlanır. Ölkəmiz istiqamətində güclü külək müşahidə olunarsa, o zaman minimal risklər yarana bilər. Məsələn, Çernobıl qəzası zamanı Xəzər və Qara dəniz sularında cüzi çirklənmə olub. Lokal zərbələrdən yalnız ən yaxın ölkələr zərər çəkir.

- Sadə vətəndaşlar özlərini nüvə zərbələrinin nəticələrindən necə qoruya bilərlər? Radioaktiv çirklənmənin qarşısını almaq üçün yod istehlak edilməli olduğumuz doğrudurmu?

- Yeri gəlmişkən, ölkəmizdə yod ətrafında yaranan həyəcan mənim üçün anlaşılmazdır, çünki bayaq dediyim kimi, Azərbaycana heç bir təhlükə yoxdur. Odur ki, hər hansı təhlükəsizlik tədbirlərinə riayət olunması üçün səbəblər də yoxdur.

Ümumiyyətlə, radiasiyadan qorunmağın bir neçə yolu var, amma mənim üçün ən vacib və təsirli olan çirklənmiş ərazilərdən qaçmaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay