Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Medvedev Makronun ittihamlarına cavab verdi

"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur"...

"Report" xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" hesabında bildirib.

Makronun RusiyaErmənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb".

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!", - Medvedev hər iki dildə vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün ErmənistanAzərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

pia.az 


Etiket: Medvedev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay