Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə şəhidlər verir, “Azərlotereya”  özünü şəhidlərlə reklam edir 

Azərbaycan daha 6 şəhid verib və bununla da sərhəddəki erməni təxribatlarının layiqli cavabının verilməsi nəticəsində 77 şəhidimiz var...

Ölkənin belə gərgin və həssas günlərində isə bəzi şirkətlər xal qazanmaq, özlərini piar və reklam etmək üçün hətta şəhid adı üzərindən də siyasət qururlar.

Bu xüsusda “Azərlotereya” ASC olduqca ikrah hissi doğuran bir kampaniyaya imza atıb. Belə ki, gecə-gündüz qumarla gəlir əldə edən şirkət “Əmanətə sədaqət” devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirmək adı ilə özünə alqış qazanmağa çalışır.

Şirkət belə bir gündə təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib. Bu addımı da sosial şəbəkə platformalarında etiraz və ictimai qınaqla qarşılanıb. Cəmiyyət ölkə boyu qumarxanalar açan şirkətin belə bir gündə tədbir keçirib özünü gözə soxmaq istəmək cəhdini pisləyib. Çünki xalq şəhidləri ilə vidalaşır, ayrı-ayrı bölgələrdə şəhidlərin dəfn mərasimləri davam edir, elə sentyabrın 16-da da Müdafiə Nazirliyi daha 6 şəhidimiz olduğunu açıqladı, bu həssas zamanda isə “Azərlotereya” ASC özünü göstərir, reklam qurur.

Fotolar

pia.az 


Etiket: AZƏRLOTEREYA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar