Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Əliyev: “Azərbaycan regionda sabitliyin və inkişafın təşviqinə sadiqdir”

Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, eləcə də regionda sabitliyin və inkişafın təşviqinə qətiyyətlə sadiqdir...

“Report” xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Daimi nümayəndənin qeyd etdiyi kimi, Bakı regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır.

Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və qəbul edilmiş təcrübələrə əsaslanır”, - Y.Əliyev əlavə edib.

Eyni zamanda, Ermənistanın əldə olunmuş razılaşmaları yerinə yetirməmək cəhdləri bu ölkəni beynəlxalq öhdəlikləri pozan ölkəyə çevirir:

Ermənistanın hər hansı bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin hazırkı gərginləşməsi yeganə insident deyil, son bir neçə ay ərzində bir sıra erməni təxribatları zəncirinin həlqəsidir.

Daimi nümayəndə onu da qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinə minaları yerləşdirməkdə davam edir.

pia.az 


Etiket: Yaşar Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay