Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı - Yenilənib

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb...

Bakı sakini qonşusunu qətlə yetirib.

Sabunçu rayon prokurorluğundan verilən məumata görə, sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

***

Bakıda itkin düşən yeniyetmənin meyiti aşkar edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.

Məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay