Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər Zabux kəndində ermənilərin yandırdığı evlərə baş çəkib - Foto

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələri işğaldan azad edilmiş Laçın şəhərinin Zabux kəndinə səfər edib.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən yandırılan evlərə baş çəkiblər.

Erməni ailələri kəndi tərk edən zaman bir neçə evi, meşə ərazilərini yandırmaqla yanaşı, bəzi evləri də yararsız vəziyyətə salıb.

Hazırda kənddə Azərbaycan Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Laçın Rayon Polis Şöbəsi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xidmət aparırlar.

Qeyd edək ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar