Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransanın məşhur portalı Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatına təsirindən yazıb

Şairin yaşadığı XII əsr Azərbaycan xalqının tarixində qızıl dövr hesab olunur

Fransanın məşhur “Musulmans en France” portalı dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı geniş yazı hazırlayıb.

Məqalədə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi, şairin Avropada yalnız XIV əsrdən çiçəklənən humanist prinsipləri müdafiə edərək Azərbaycan və dünya ədəbiyyatına təsir göstərməsi vurğulanıb.

Qeyd edilib ki, “Fransada XV əsrin sonlarından başlayaraq yazıçılar, alimlər, filosoflar və rəssamlar insanı öz yaradıcılıqlarının, tədqiqatlarının və düşüncələrinin mərkəzi mövzusuna çeviriblər. Nizami isə hələ bir neçə əsr əvvəl Avropada yeni dövrün başlanğıcı ilə (XV əsrin sonu - XVI əsrin əvvəlləri) zəbt etməyə başlayan dəyərləri müdafiə edirdi: qadınların cəmiyyətdə yeri və gender bərabərliyi məsələsi, ədalətin mənası, təbiətə hörmət və ya müstəqil düşünmək azadlığı:

"Nizaminin şeirlərində məhəbbət mövzusu insanın formalaşmasına iştirak etdiyi üçün heç də az əhəmiyyət kəsb etmir. Şairin yaradıcılığında personajlar məhəbbəti yalnız onları bədən və zehnin yetkinliyinə aparan sınaqlardan ibarət inisiasiya ayinindən sonra tapa bilirlər”.

Məqalədə Nizaminin Gəncədə doğulduğu qeyd edilir: “Gəncə bütün Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən və Qafqazın ən qədim şəhərlərindən biri olub, tarixi eramızdan əvvəl 494-cü ilə gedib çıxır. Gəncə hazırda Azərbaycan Respublikasının ikinci ən böyük şəhəridir, ölkənin qərbində Aran bölgəsində yerləşir. Nizami 1141-ci ildə burada doğulub, 1209-cu ildə orada vəfat edib.

Şairin yaşadığı XII əsr Azərbaycan xalqının tarixində qızıl dövr hesab olunur. Nizaminin şeirlərində Şimali Qafqazda yerləşən Dərbənd qalası kimi Azərbaycan xalqının əfsanələrində rast gəlinən elementlər var. Nizami “Xosrov və Şirin” poemasında bu əfsanələrdən istifadə niyyətini açıq şəkildə qeyd edir.

Gəncə mədrəsəsində parlaq təhsil alan gənc şairin təhsilində təhsil əsas yer tuturdu. Nizami Quran, riyaziyyat, astronomiya, coğrafiya və xarici dilləri öyrənib.

Nizami Gəncəvinin əsas əsəri “Xəmsə” adlanır, 1173-1203-cü illər arasında yazılmış beş poemadan ibarətdir. Bunlar “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə”dir”.

Məqalədə vurğulanıb ki, Nizami Gəncəvinin humanizmi xalqlar arasında harmoniyaya yönəlib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay