Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahib Kərimli Bəxtiyar Hacıyevi "söhbətə" çağırdı: "Ya üzr istəyəcəksən, ya da..."

“Bəxtiyar Hacıyev zəng etmişdi. Bir neçə müddət öncə də zəng edib, ictimai-siyasi fəaliyyəti ilə bağlı yazdığım yazılara etiraz etmişdi. Ona normal bir dildə izah etdim ki, ictimai-siyasi fəaliyyət göstərirsə, tənqidlərə açıq olmalıdır. İstəyirsə televiziyaların birində debata çıxa bilərik”.

PİA.az-ın xəbərinə görə, bunu siyasi fəal Sahib Kərimli bildirib.

“Hesab edirəm ki, onun fəaliyyəti ictimai və milli maraqlara cavab vermir, zərərlidir. Şəxsiyyətini alçaldacaq nəsə ifadə etmədən, siyasi reputasiyasına və siyasi vizionuna zərbə vurmağım normal siyasi rəqabətdir və hər kəsin öz həqiqətləri, maraqları var.

Mənim üçün fərqi yoxdur, hər hansı ictimai-siyasi fəalın Rusiyadan geosiyasi asılılığı var, yoxsa Qərbdən. Hakimiyyətin daxilindəki Rusiyameylli adamlarla koordinasiyalı fəaliyyət göstərir, yoxsa qərbmeylli adamlarla. Hər ikisi beşinci kolon fəaliyyətidir və milli maraqlar baxımından zərərlidir. Məsələni bu şəkildə izah etdim və qeyd etdim ki, hakimiyyət daxilində hər hansı gücün ona dəstəyi olmazsa, “Caspian Plaza”dakı platformanı işlədə bilməz. Ölkənin güc strukturlarının rəhbərlərini təhqir edib, cəzasız qala bilməz. Qərbin və hakimiyyət daxilindəki qərbmeylli adamların dəstəklədiyi bu layihə ölkəmizin maraqlarına zərbədir. Necə ki, Bəxtiyarın özünün də tənqid etdiyi, haqlı olaraq korrupsiyada və başqa qanunsuzluqlarda ttiham etdiyi Rusiyameylli adamların fəaliyyəti, ölkənin və cəmiyyətin maraqlarına zərbədir.

Adam başladı ki, indi söyüş söyəcəm ki, məni Qərbin və hakimiyyətin adamı hesab edəni belə, belə...

Başa salmağa çalışdım ki, fərqli məsələdən danışıram, sadaladıqlarımı bir də təkrarladım. İzah etməyə çalışdım ki, eyni məntiqlə sənin tənqid etdiklərin, hətta təhqir elədiklərin də onda sənə gərək belə edəndə, anlayış göstərəsən. İqtidar adamlarından başqa, hakimiyyətə və Rusiyaya münasibətdə mövqeyini aşağıladıqların ictimai adamlar var. Onlar da sənə zəng edib belə danışsalar, “söyüş qoyacam” desələr, necə olar?

İzah edə bilmədim və söyüşlə ifadə səsləndirdi. Dedim ki, iki siyasətçi kimi münasibətlərimizi normal debatla, polemika ilə aydınlaşdırmaqdan yayınıb, bu üslubu seçirsənsə, gəl görüşək və mən sənə seçdiyin üsluba adekvat cavabı verim. Belə üslubun cavabı isə, heç kimin görmədiyi və texniki vasitələrlə müşahidə edə bilmədiyi yerdə verilir. O belə məkana gəlməkdən yayındı.

Bəxtiyar Hacıyev, sən ya üzr istəyəcəksən, ya da münasib yerdə, münasib yerindən adekvat cavab alacaqsan! Səni ərköyünləşdirənləri və arxayınlaşdıranları da məsuliyyətli olmağa çağırıram. Bildirirəm ki, siyasi maraqlarınızı çox eybəcər vasitələrlə reallaşdırırsınız”, deyə S.Kərimli qeyd edib. (Pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan edildi

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Tramp: Rusiya bütün Ukraynanı işğal edə bilər...

VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - Sərəncam

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edilib, bəziləri isə artırılıb - Siyahı

Üç bürcün həyatında ciddi dəyişikliklər baş verəcək 

Ən çox oxunanalar