"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə "Viktoriya" ilə cavab oyunundan sonra paylaşım edib.
28 yaşlı qolkiper instaqram hesabında "Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə 2:1 hesabı ilə məğlub olub. Ağdam klubu yolunu Avropa Liqasının qrup mərhələsindən davam etdirəcək.
pia.az