Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan prezidenti irqçi çıxış edib - Qalmaqal

Orbanın irqçi çıxışı ətrafında qalmaqal böyüyür...

Macarıstan baş naziri Viktor Orbanın irqçi çıxışları Avropada əsas gündəm mövzularından biri olub. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, macar liderin açıqlamalarına şərh verən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstan AB-nin bütün üzv ölkələri kimi, ortaq dəyərlərə riayət etmək öhdəliyi götürdüyünü xatırladıb.

"Siyasi müzakirələr demokratik həyatın bir hissəsidir . Məhz birgə bəyənilən və qəbul edilən dəyərlər onların əsasını təşkil etməlidir. Ümumi dəyərlər Avropa və beynəlxalq müqavilələrdə, xüsusən də İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsində, Avropa İnsan Hüquqları Konvensiyası və Aİ-nin Əsas Hüquqlar Xartiyasında təsbit olunub. Onlar universaldır və satılmır. Biz hamımız bu dəyərləri dəstəkləyəcəyimizə və qoruyacağımıza söz vermişik”,-deyə fon der Leyen “Aktuality” nəşrinə müsahibəsində bildirib.
"İrqi ayrı-seçkilik bu dəyərlərin tapdalanmasıdır. Avropa İttifaqı bərabərlik, tolerantlıq, ədalətlilik və ədalətli oyun üzərində qurulub", - deyə Avropa Komissiyasının sədri sözlərinə əlavə edib.

Qeyd edək ki Avropa Parlamentinin 53 deputatı sədr Roberto Metsolaya Viktor Orbanın bəyanlarını müzakirə etmək üçün təcili iclas çağırmaq tələbi ilə müraciət edib.

Xatırladaq ki, ötən şənbə günü Beile Tuşnad kurort şəhərində keçirilən “Tuşvanyoş Yay Universiteti” təbbirində çıxış edən Viktor Orban Avropa və qeyri-Avropa irqlərinin “qarışdırılmasına” qarşı olduğunu söyləyib. Bundan başqa macar baş nazir müsəlmanlar əleyhinə fikirlər səsləndirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay