Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Rəisiyə niyə hesabat verir? - İrəvandan Tehrana olan zəngin gizli məqamları...

Paşinyanın dalandan çıxmaq üçün Tehranın ətəyindən yapışma taktikası nə qədər uğurlu olacaq?..

Politoloq: “Telefon zəngləri daha çox İranRusiya tərəflərinin istəkləri ilə baş tutur. Çünki nələrin baş verdiyini barədə Paşinyan onlara hesabat verməlidir”.

“Təsadüfi deyil ki, biz tez-tez İran tərəfindən, “sərhədlər dəyişdirilə bilməz” kimi bəyanatların səsləndirilməsinin şahidi oluruq. Bu bəyanatlar yalnız və yalnız Azərbaycanın Ermənistanla bağlı layihələrinə yönəlmiş, köklənmiş bəyanatlardır”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın İranla yaxınlaşmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə telefon danışığından az sonra İran prezidenti İbrahim Rəisiyə də zəng edib. İran prezidenti baş nazir Nikol Paşinyanla telefon söhbətində deyib ki, Ermənistan-Azərbaycan münasibətlərindəki bütün problemlər beynəlxalq sərhədlərin dəyişməzliyi, ölkələrin ərazi bütövlüyü və xalqların hüquqları çərçivəsində həll olunmalıdır. Erməni mənbələrinin xəbərinə görə isə, Paşinyan Rəisi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldəki görüşü barədə təəssüratını bölüşüb.

İrəvanın İrana belə hesabat verməsinin arxasında nə dayanır? Paşinyanın dalandan çıxmaq üçün Tehranın ətəyindən yapışma taktikası regiona və ümumilikdə Azərbaycan-Ermənistan problemlərinin həllinə necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Türkiyə-Rusiya, Azərbaycan-Rusiya dialoqu vasitəsilə regiondakı bu və ya digər məsələlər öz həllini tapmalıdır”.

Dünən Avropa İttifaqının nümayəndə Tayvo Klaarın Qarabağdakı yerli ermənilərlə bağlı verdiyi bəyanatın heç də xoşagələn olmadığına da nəzər salan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu bir daha istər yaxında, istərsə də uzaqda olan güclərin erməni məsələsindən öz maraqları üçün istifadə etdiklərini göstərir:

Ermənistan İranRusiyadan ciddi şəkildə asılıdır. Ermənistanda qərarların qəbul edilməsi təkcə baş nazir Nikol Paşinyandan asılı deyil. Həmçinin telefon zəngləri heç də həmişə Ermənistanın baş nazirinin istəyi ilə baş tutmur. Telefon zəngləri daha çox İranRusiya tərəflərinin istəkləri ilə baş tutur. Çünki nələrin baş verdiyini barədə Paşinyan onlara hesabat verməlidir.

Təsadüfi deyil ki, biz tez-tez İran tərəfindən, “sərhədlər dəyişdirilə bilməz” kimi bəyanatların səsləndirilməsinin şahidi oluruq. Bu bəyanatlar yalnız və yalnız Azərbaycanın Ermənistanla bağlı layihələrinə yönəlmiş, köklənmiş bəyanatlardır. Amma bir dəfə də olsun biz üçtərəfli bəyanatlardan sonra İrandan Qarabağla, kommunikasiya xətlərinin açılması, eyni zamanda işğaldan azad olunmuş torpaqlardakı maddi-mədəni abidələrə ziyan vurulması ilə bağlı bəyanatlar eşitməmişik. 30 il müddətində Azərbaycanın İranla sərhədləri ermənilərin işğalı altında olduğu dönəm də biz Tehrandan “sərhədlər dəyişdirilə bilməz” bəyanatını eşitmədik. Bunun əvəzində İran işğal altında olan sərhədlərimizdən Ermənistan və separatçılarla ticarətlərini davam etdirdilər.

Zaur Məmmədov: “Azərbaycan- Ermənistan arasındakı sülh prosesinə zərbə vurmaq istəyən qüvvələr bu və digər istiqamətlərdə kifayət qədər çoxdur”.

Əlbəttə, Rəsmi Bakı tərəfindən bütün gedişatlar çox diqqətlə izlənilməkdədir. Məlumdur ki, Azərbaycan- Ermənistan arasındakı sülh prosesinə zərbə vurmaq istəyən qüvvələr bu və digər istiqamətlərdə kifayət qədər çoxdur. Bura biz Qərbi də şamil edə bilərik. Dünən Avropa İttifaqının nümayəndə Tayvo Klaarın Qarabağdakı yerli ermənilərlə bağlı verdiyi bəyanat heç də xoşagələn deyil. Bu bir daha onu göstərir ki, istər yaxında, istərsə də uzaqda olan güclər erməni məsələsindən öz maraqları üçün istifadə etməkdədirlər.

Buna görə də Azərbaycan və Türkiyə birliyi sarsılmazdır. Bu birlik sabit olaraq davam etməlidir. Türkiyə-Rusiya, Azərbaycan-Rusiya dialoqu vasitəsilə regiondakı bu və ya digər məsələlər öz həllini tapmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar