Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQC sədri Azərbaycanı beynəlxalq təşkilatda təmsil edəcək

Ötən həftənin cümə günü Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat-seçki yığıncağında qurumun sədri seçilən Vüqar Oruc Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının Rəyasət Heyətinin üzvü seçilib.

Bununla bağlı Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının sədri Nikolay Trifonovun adından yayılan açıqlamada deyilir:

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilməniz münasibətilə sizi Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının adından və şəxsən öz adımdan təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm!

AQC Azərbaycan Respublikasında müstəqil qiymətləndirmə sahəsində strateji bir funksiya yerinə yetirərək, Azərbaycan dövlətinin inkişafına öz mühüm töhfəsini verirlər. 2002-ci ildə təsis edilən Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının fəal üzvü olaraq rəhbəri olduğunuz qurumun fəaliyyəti daim diqqətimizdədir. Təlimlərin keçirilməsi, sertifikatların verilməsi, milli qiymətləndirmə standartlarının yaradılması istiqamətində birgə fəaliyyətimiz tərəfimizdən təqdir olunur.

Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası dəfələrlə qiymətləndiricilərin beynəlxalq konqreslərini və konfranslarını təşkil edib. Belə konfranslardan ikisi Azərbaycanda – BakıQəbələ şəhərlərində baş tutub. Assosiasiyamızın qaydalarına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, müvafiq olaraq Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının Rəyasət Heyətinin üzvü statusunu da daşıyır.

Son seçkilər zamanı əldə etdiyiniz qələbə həm də sizin Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının Rəyasət Heyətinin üzvü kimi fəaliyyətinizi şərtləndirib. Əminəm ki, sizin rəhbərliyiniz dövründə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası arasında əməkdaşlıq dərinləşəcək və biz birlikdə daha böyük uğurlara imza atacağıq”.(SOSİUM.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

Ən çox oxunanalar