Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Mayın 5-də Respublika Milli Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının təşəbbüsü, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasında karantin qaydalarına uyğun təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasına gəlib və qan verib.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb. Aksiya çərçivəsində qan vermək üçün mərkəzə 640 nəfər müraciət edib və onların 214 nəfərindən qan götürülüb.

Məlumat üçün qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Ən çox oxunanalar