Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun zorən qələbəsi - Fransa cəmiyyətində ideoloji parçalanmanın səviyyəsini ortaya qoyan seçkilər...

İfrat radikalizmin Fransada və bütövlükdə Avropada bu qədər böyüməsi geosiyasi kataklizm yaşayan dünyaya, o cümlədən Fransa və Avropanın siyasətinə bundan sonra necə təsir edə bilər?..

Politoloq: “Qərb NATO-ya, Avropa İttifaqına soyuq münasibət bəsləyən və Fransanın xarici siyasətində inqilabi dəyişikliklər edəcəyini deyən Le Pen Fransada hakimiyyətə gəlməsinə imkan verə bilməzdi”.

“Seçkilərin nəticələri də onu göstərir ki, Fransadakı sabitlik heç də uzun müddətli olmaya bilər”.

Bu sözləri politoloq Zaur Məmmədov Fransada keçirilən seçkilərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən gecə saatlarında Fransada prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Məlumata görə, seçkilərin ikinci turunda bülletenlərin 100 %-i hesablanıb. Emmanuel Makron 58,55 % səs toplamağı bacarıb.

Onun rəqibi – Milli Birlik Partiyasının namizədi Marin Le Penə isə 41,45 % insan səs verib.

Bu nəticə onu göstərdi ki, ifrat sağ radikalizmin nümayəndəsi olan Marin Le Penin Fransada milyonlarla tərəfdarı var və Fransa kimi böyük bir ölkədə əhalinin az qala yarısının etimadını qazanmaq həm də ondan xəbər verir ki, Fransız cəmiyyəti kifayət qədər parçalanıb. Makronun qələbəsinə gəlincə isə, fakt odur ki, ona səs verənlərin ən azı yarısı bu seçimi etməyə məcbur olub. Elə dünən qələbəsini bayram edən Makronda da bu həqiqəti etiraf etməyə məcbur oldu. Yenidə Yelisey sarayına sahiblik etmək haqqı qazanan Makron seçicilərinin heç də hamısının onun proqramına dəstək vermədiyini və məhz Le Penə görə onu seçməyə məcbur qaldıqlarını söylədi. Bu etiraf özü-özlüyündə Fransanın ağrılı bir dönəm yaşadığını və cəmiyyətdə ideoloji parçalanmanın olduğunu ortaya qoymuş oldu.

Mari Le Pen seçicilərin 40%-dən artıq səsini toplayaraq ifrat radikalların nə qədər dəstəkləndiyini və həmçinin Fransa cəmiyyətində ideoloji parçalanmanın səviyyəsini ortaya qoydu. İfrat radikalizmin Fransada və bütövlükdə Avropada bu qədər böyüməsi geosiyasi kataklizm yaşayan dünyaya, o cümlədən Fransa və Avropanın siyasətinə bundan sonra necə təsir edə bilər?

Fransada keçirilən prezident seçkisini PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “İfrat radikalizmin Fransa və Avropada nə qədər təsirli ola bilməsi isə yaxın illərdə gedəcək geosiyasi və regional siyasi proseslərdən asılı olacaq”.

Fransada Emmanuel Makronun növbəti dəfə hakimiyyətə gəlməsinin gözlənilən olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bu gün RusiyaABŞ arasında gedən mübarizə Makronun yenidən hakimiyyətdə qalmasını zəruri etdi:

Avropada ifrat radikalizmin böyüməsini biz təkcə Fransada deyil, Almaniyada, Şərqi Avropa ölkələrində də görməkdəyik. Bu əslində son zamanlar liberalizmin bir çox problemlərin qarşısında aciz qalmasının doğurduğu nəticələrin yaratdığı reallıqlarla bağlıdır. Bu Qərb ölkələrinin əhalisinin üzləşdiyi problemlərlə bağlı məsələdir. Miqrant axını, Şərq ölkələri ilə Avropa xalqları arasında olan mental ayrılıq, miqrantların Fransada, Almaniyada və ümumilikdə Avropa İttifaqının ayrı-ayrı dövlətlərində yerli əhali ilə inteqrasiyanın çox zəif getməsi kimi amillər ona gətirib çıxarır ki, millitarizm, şovinizm və millətçilik kimi ideyalar Avropda geniş vüsət almağa başlayır.

Biz Fransada da, bu problemlərlə kifayət qədər gərgin olduğunun şahidiyik. Fransızlar Şimali Afrikadan gələn miqrantlar qarşısında özlərini təhlükədə görürlər. Onlara görə fransız mental fərdiliyi təhlükə qarşısındadır və bu da təbii görünür. Buna görə də Le Pen kimi ifrat sağ təmayüllü siyasətçi fransızların bu qədər etimadına sahib olur. O,həm də xilaskar kimi görünür. Bu üzdən də Le Penin siyasəti tam olmasa da, uğur qazanır və bu siyasət bundan sonra da Fransızlar üçün önəmli olmaqda davam edəcək.

Buna baxmayaraq, Fransada Emmanuel Makronun növbəti dəfə hakimiyyətə gəlməsi gözlənilən idi. Çünki bu gün RusiyaABŞ arasında gedən mübarizə Makronun yenidən hakimiyyətdə qalmasını zəruri edirdi. Artıq qlobal güclər arasında geosiyasi ixtilaf idarəolunmaz hala gəlib. Bu Ukraynanın misalında da açıqca görünməkdədir. Artıq diplomatik dil bir kənara atılıb və tərəflər bir-birlərini açıq şəkildə təhdid edirlər.

Zaur Məmmədov: “Makron ikinci dəfə prezident ola bilməsi üçün hər şeydən əvvəl Le Penə borçludur. Bu həm Franda xalqı tərəfindən, həm də Qərb siyasəti tərəfindən məcburi edilən seçim idi”.

Belə olan təqdirdə Qərb NATO-ya, Avropa İttifaqına soyuq münasibət bəsləyən və Fransanın xarici siyasətində inqilabi dəyişikliklər edəcəyini deyən Le Penin hakimiyyətə gəlməsinə imkan verə bilməzdi. Bu kollektiv Qərb ieologiyasının şöküşü olardı və Qərb cəbhəsində, daha doğrusu siyasi elitasında ideoloji parçalanmanı qaçınılmaz hala gətirərdi. Ona görə də Makronun yenidən seçilməsi məcburi hala gəlmişdi. Yəni Makron ikinci dəfə prezident ola bilməsi üçün hər şeydən əvvəl Le Penə borçludur. Bu həm Franda xalqı tərəfindən, həm də Qərb siyasəti tərəfindən məcburi edilən seçim idi.

Onu da qeyd edim ki, Emmanuel Makron son zamanlar ABŞ-ın Avropa İttifaqındakı əsas dayaq nöqtələrindən birinə çevrilib. Ukrayna hadisələri zamanı Makron parlayan bir lider kimi özünü göstərdi. Amma bilirik ki, Fransanın daxilində Makrona qarşı kifayət qədər dirəniş var. Əhalinin demək olar ki, yarısı Makronun hakimiyyətə gəlməsinə tərəf deyildi. Seçkilərin nəticələri də onu göstərir ki, Fransadakı sabitlik heç də uzun müddətli olmaya bilər.

İfrat radikalizmin Fransa və Avropada nə qədər təsirli ola bilməsi isə yaxın illərdə gedəcək geosiyasi və regional siyasi proseslərdən asılı olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar