Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ordusu Azərbaycanı təqlid etməyə qərar verib

Bəs bizim yerişimizi yeriyə biləcəklərmi?..

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində “An-2” təyyarələrindən “yem” kimi istifadə etməsi o qədər uğurlu alınıb ki, indi Rusiya işğalçıları eyni taktikanı Ukraynada həyata keçirməyə çalışır.

Ovqat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya hələ müharibəyə başlamadan əvvəl An-2 və Mi-2 təyyarələrini toplamağa başlayıb. Həmin təyyarələri idarə edən pilotların təyyarədən paraşütlə atılmaq təcrübələrini artırmaq üçün məşqlər belə keçib. Aprelin ortalarından isə “kukuruznik”lərin toplanması prosesi daha da sürətlənib.

Son zamanlar Ukraynada rus təyyarələrinin vurulmasının intensivliyinin artmasını nəzərə alanda Rusiyanın “kukuruznik” sevdasının səbəbini anlamaq mümkündür. Ukrayna Silahlı Qüvvələrinin iddiasına görə, müharibə başlayandan bəri Rusiyanın 169 təyyarəsi, 150 helikopteri vurulub. ABŞNATO-nun Ukraynaya bundan sonra daha çox hava hücumundan müdafiə sistemləri verəcəklərini açıqlaması Rusiya hərbi aviasiyasının bu müharibədə yeni sürprizlər gözlədiyi ehtimalını yaradır. Görünür, bu kabusun qarşısını almaq niyyətilə, Moskva rus təyyarələrinin mahir ovçusuna çevrilən Ukrayna HHM sistemlərini təsbit edib zərərsizləşdirmək üçün Azərbaycan təcrübəsindən yararlanmağa qərar verib.



Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələri Qarabağ ərazisinə An-2 təyyarələri uçurur, müəyyən xətti keçəndən sonra pilotlarımız paraşütlə yerə atılır və boş təyyarələr düşmənin qüvvələrinin üzərinə göndərilirdi. Erməni hava hücumundan müdafiə sistemləri onları vuranda isə yerləri təsbit olunur və raket zərbələri ilə məhv edilirdilər. Azərbaycan Hava Qüvvələrinin bu kəşfi dünyanın müxtəlif hərbi çevrələri tərəfindən xüsusi maraq və heyranlıqla qarşılanmışdı.

Görünür, Rusiya ordusu da sıxışdığı Ukrayna savaşında eyni taktikanı həyata keçirmək istəyir. Bəs bunu bacaracaqmı? Bu suala yaxın zamanlarda cavab tapılacaq. Məsələ burasındadır ki, hər ayaqqabını hamı geyinə bilər. Amma hər ayaqqabı ilə eyni yerişi yerimək hər kəsə nəsib olmur. Üstəlik, ermənilərdən fərqli olaraq, ukraynalıların həmin “tələ yemlərini” ağır “çəkili” HHM sistemləri ilə deyil, adi “Stingers” raketləri ilə məhv etmək şansları da var. Bu isə rusların Azərbaycan yerişi yerimək imkanlarını azaldır.



Ukrayna ekspertlərinin fikrincə, rus “kukuruznik”ləri sivil yaşayı bölgələrinə bioloji silah sayılan zəhərli maddələr səpmək üçün də istifadə oluna bilər. Əlbəttə, bu versiya da istisna edilə bilməz. Zatən bizim “kukuruznik”lər də düşmən üzərinə uçarkən ucuz partlayıcılarla yüklənir, göydə vurulmasalar, düşmən cəbhəsinin dərinliyinə nüfuz edərək hansısa hədəfləri zərərsizləşdirməyi planlaşdırırdılar. Təbii ki, bizimkilər ruslar kimi beynəlxalq qanunvericiliyində qadağan olunan silahlardan istifadə etmir, təmiz müharibə aparırdılar. Bununla, rusların “kukuruznik”ləri əlavə silahla yükləməsi də, öz ağıllarının məhsulu deyil, bizdən oğurlamadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar