Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynulla Fətullayev Avropa Məhkəməsində Azərbaycanı uddu

Hökumət ona 4 min avro təzminat ödəməlidir

Aprelin 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Eynulla Fətullayevlə bağlı qərar çıxarıb.

“Eynulla Fətullayev Azərbaycana qarşı” işdə məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.

İş nə ilə bağlı verilib?

Eynulla Fətullayev hökuməti və müxtəlif məmurları sərt tənqidləri ilə seçilən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru olub.

Ona 2007-ci ildə böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında cinayət işi açılıb.

O, açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Narkotik ittihamı

Fətullayev cəzaçəkmə müəssisəsində olarkən üzərində axtarış aparılıb və heroin tapılıb.

2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq miqdarda saxlanılması) maddəsi ilə cinayət işi açılıb.

İstintaq zamanı təyin edilən ekspertiza ərizəçinin qan və sidik nümunələrində narkotika izləri, heroinin ev şəraitində hazırlanmış olmasını müəyyən edib.

Ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli sayıb və onu iki il altı ay müddətinə azadlıqdan məhrum edib.

İttihamların uydurma olduğunu, narkotik maddənin rəsmilər tərəfindən yerləşdirildiyini, bütün baş verənlərin onu tənqidçi jurnalistika fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıdığını iddia edən ərizəçinin yuxarı məhkəmələrə şikayətləri isə rədd edilib.

Ərizəçinin iddia və tələbləri

Ərizəçi AİHM-ə şikayətində Konvensiyanın 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin ayaqlanmasından şikayət edib.

Ərizəçi həmçinin, Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edib ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub. Onu hökumətlə əməkdaşlığa məcbur etmək niyyəti güdüb.

Ərizəçi eləcə də vəkillərindən İntiqam Əliyevin ofisində axtarış aparılması, işə aid sənədlərin götürülməsi ilə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan fərdi şikayət hüququnun pozulduğunu iddia edib.

Məhkəmə qərara gəlib ki…

AİHM qərarında cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb.

Məhkəmə hesab edib ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub. Eyni zamanda, milli məhkəmələr işə ədalətsiz baxıb.

AİHM 6-cı və 10-cu maddə ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiasının qəbuledilinləyini və mahiyyətini araşdırmağa ehtiyac görməyib.

Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.
Bu işdə ərizəçini AİHM qarşısında hüquqşunas İntiqam Əliyev və vəkil Elçin Sadıqov təmsil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Bitum qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar