Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada 100-dən çox azərbaycanlı mühasirədə - Altı gündür əlaqə kəsilib

Ukraynanın Mariupol şəhərində 100-dən çox azərbaycanlı mühasirədə qalıb.

Bu barədə Bakupost.az -a mühasirədə qalan ailələrin birinin üzvü Tural Həmidzadə məlumat verib.

Onun sözlərinə görə, 6 gündür ki, mühasirədə qalan adamlarla əlaqə kəsilib:

“Rus ordusu oranı yerlə-yeksan edir, hər tərəf darmadağındır. 6 gün əvvələ kimi danışırdıq, indi bütün əlaqələr itib. Orda mənim atam, bacılarım, bacım uşaqları, bibim, xalam, xalamın oğlu və 6 aylıq nəvəsi var. Onların yaşayıb-yaşamadıqları məlum deyil. O qədər adamın həyatı deyəsən, heç kim üçün maraqlı deyil...

Səfirlik vaxtında xəbər vermədi ki, onları həmin ərazidən çıxardaq”.

T. Həmidzadə deyib ki, səfirlikdən evakuasiya edilmək üçün avtobus göndəriləcəyinə söz verilsə də, buna əməl etməyiblər:

“Bacım Afaq Həmidova Mariupolda cəmiyyət sədridir. Səfirlik ondan azərbaycanlıların siyahısını istəmişdi.

O da fevralın 26-sı 100 nəfərlik siyahı vermişdi ki, avtobus göndərilsin, evakuasiya edilsinlər. Lakin avtovuslar göndərilmədi”.

Qeyd edək ki, Sumı, Xarkov, Poltava, Dneprdə də xeyli azərbaycanlı köməksiz vəziyyətdə qalıb.

Rumıniya çöllərində acınacaqlı vəziyyətdə qalan çox sayda soydaşımızın olması barədə də məlumatlar var

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay